BÜDCƏ

Daxili bazarı bu qanun qoruyacaq
31 MAY
328

Daxili bazarı bu qanun qoruyacaq

2016-05-31 14:36:00

Milli Məclisdə “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” qanun layihəsi II oxunuşda müzakirəyə çıxarılıb.

Fins.az Modern.az-a istinadən xəbər verir ki, qanun layihəsi barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

O bildirib ki, dempinq xarici bazarlarda rəqibləri sıradan çıxarmaq məqsədilə malların maya dəyərindən və daxili bazardakından daha ucuz satılması deməkdir:

“Qanun layihəsinin məqsədi isə yerli istehsalçıların iqtisadi maraqlarının müdafiəsinə yönəlib. Yəni bu, subsidiyalaşdırılan idxalın, antidempinqin formalaşdırılması və tətbiqi qaydalarını tənzimləməlidir. Qanun layihəsi idxalın tam qadağan olunması məqsədi daşımır. Qanun layihəsində nəzərdə tutulub ki, araşdırma orqanı bazarda müvafiq araşdırma aparacaq.

Layihəyə əsasən, dempinqli idxala qarşı 3 tədbir görüləcək. Antidempinq, kompensasiya və mühafizə tədbirləri. Birinci halda uyğun antidempinq rüsumu tətbiq ediləcək.

İkinci halda ölkəyə idxal olunan mallarla yerli məhsullar arasında qiymət pariteti pozulması olsa, kompensasiya tədbirləri görüləcək.

Üçüncü halda isə idxal kəskin artdığı, yerli istehsal məhsullarına təzyiqin gücləndiyi müəyyən edildikdə, tədbirlər həyata keçiriləcək.

Milli bazarımızın sivil qaydada qorunması üçün bu qanuna ehtiyac var”.

Layihə müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274