BÜDCƏ

"Neftdən asılılıq 50 faizdən aşağıdır" - ƏLİ HƏSƏNOV
31 MAY
175

"Neftdən asılılıq 50 faizdən aşağıdır" - ƏLİ HƏSƏNOV

2016-05-31 09:31:00

Azərbaycanın iqtisadi siyasətinin təməlində yalnız nefti satıb ondan əldə olunan gəlirlərdən bəhrələnmək praktikası dayanmır.

Bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ANS-ə açıqlamasında deyib.

Ə.Həsənovun sözlərinə görə, Azərbaycan ilk neft pulları daxil olan təxminən 2003-cü ildən başlayaraq iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi və Azərbaycan əhalisinin bütün potensialından ölkə iqtisadiyyatının inkişaf etdirilməsi istiqamətində istifadə olunur: "2008-ci ildən dünyada yaşanan maliyyə böhranı, neft qiymətlərinin kəskin şəkildə 3 dəfə aşağı düşməsi Azərbaycanı təxminən 2014-cü ildə yaxaladı. Amma buna qədər hakimiyyət lazımi tədbirləri görmüşdü. Əvvəla neftdən gələn pullar Azərbaycanda səmərəli şəkildə iqtisadiyyata yatırılmışdı. Baxın, Azərbaycanda bu gün nə qədər sənaye parkları yaradılıb. Zaman var idi ki, Azərbaycan bütün qida məhsullarını xarici ölkələrdən idxal edirdi. İndi özümüz istehsal edirik, Azərbaycan bu müddətdə kənd təsərrüfatına ciddi yatırımlar qoyub".

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisinin sözlərinə görə, ölkədə qeyri-neft sektorunun və özəl sahibkarlığın inkişafına ciddi stimul verilib: "Bu gün Azərbaycanın ümumi daxili məhsulunun 80 faizə yaxını özəl sektorun hüsabına formalaşır. Azərbaycanda qeyri-neft sekrotunun payı artıq 50%-dan yuxarı qaldırılıb, hazırda neftdən asılılıq 50 faizdən aşağıdır. Azərbaycan neftin qiymətinin birdən-birə aşağı düşməsindən kifayət qədər hazırlıqlı vəziyyətdə çıxa bildi".

Sosial layihələrlə bağlı Ə.Həsənov qeyd edib ki, ölkə başçısının yürütdüyü sosial siyasət çərçivəsində 2016-cı il üçün nəzərdə tutulan bütün layihələr icra olunur. Bəzi icrası dayandırılan layihələrin isə gələcəkdə yenidən realizəsi bərpa olunacaq.

Mənbə: Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272