BÜDCƏ

Müğənnilər 4 aya 4 illik vergi ödəyib
18 MAY
353

Müğənnilər 4 aya 4 illik vergi ödəyib

2016-05-18 12:05:00

“Şou biznes nümayəndələrinin 4 ayda ödədikləri vergi 4 ildəkindən çoxdur”. Fins.az-ın məlumatına görə, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib. Onun sözlərinə görə, bu sahədə aparılan işlər artıq öz nəticəsini verməyə başlayır: “Amma yenə də getdikləri toyların sayını və qanorarın məbləğini gizlədən müğənnilər var. Məsələn, bu ilin 4 ayında təkcə Bakıda 4324 toy olub. Bəzi hallarda vergi orqanlarının işçiləri iştirak etdikləri toy mərasimlərində hansısa məşhur müğənninin iştirak etdiyini deyirlər. Amma bu müğənni onu gizlətməyə çalışır. Bəzi hallarda isə aldıqları qanorarın məbləğinin 20-30 manat və ya 70 manat olduğunu açıqlayırlar”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275