BÜDCƏ

Azərbaycana investisiya qoyuluşu 34% azalıb
16 MAY
242

Azərbaycana investisiya qoyuluşu 34% azalıb

2016-05-16 11:45:00

Bu ilin 1-ci rübündə Azərbaycan iqtisadiyyatına 2,9 milyard manat pul qoyulub. Fins.az Mərkəzi Bankın Pul siyasəti icmalına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,2% azdır. 

Məlumata görə, 3 ay ərzində investisiyaların 2,3 milyard manatı neft sektoruna, 600 milyon manatı isə qeyri-neft sektoruna yönəldilib. Son 1 ildə pul qoyuluşunda dövlət sektorunun payı 30%-dən 15,1%-ə qədər azalıb, əvəzində özəl sektorun payı 70%-dən 84,9%-ə qədər artıb. İnvestisiyaların 31,3%-i daxili, 68,9%-i isə xarici mənbələr hesabına qoyulub. 

İnvestisiyaların həcmi kənd təsərrüfatında 74,1%, sənayedə 12,8%, informasiya və rabitə sektorunda 87,6%, tikintidə 48,3%, nəqliyyat və anbar təsərrüfatında 46,2%, daşınmaz əmlakla əlaqədar əməliyyatlar üzrə 29,2%, turistlərin yerləşdirilməsi və ictimai iaşədə 83,3%, ticarətdə 89,5% azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272