BÜDCƏ

Özəl televiziyalara 2 milyon manat ayrıldı – SƏRƏNCAM
12 MAY
806

Özəl televiziyalara 2 milyon manat ayrıldı – SƏRƏNCAM

2016-05-12 18:41:00

Prezident İlham Əliyev Azərbaycanda özəl teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb. Fins.az-ın məlumatına görə, sərəncama əsasən, Azərbaycanda özəl teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına 2 (iki) milyon manat ayrılıb. Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275