BÜDCƏ

ÜDM-in 45%-i xidmət sektorunda formalaşacaq
10 MAY
251

ÜDM-in 45%-i xidmət sektorunda formalaşacaq

2016-05-10 08:33:00

Bu gün dünyanın əksər aparıcı ölkələrində xidmət sektorunun ümumi daxili məhsulda (ÜDM) payı 55-60%-dən yuxarıdır. ÜDM-in ABŞ-da 74%-i, Yaponiyada 59%-i, Almaniyada 69,1%-i, Türkiyədə 66%-i, Fransada 77,3%-i, Avstriyada 65,6%-i, Rusiyada 58,7%-i, Ukraynada 68,4%-i, Qazaxıstanda 55%-i və s. xidmət sahələrinin payına düşür. Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun “Xidmət sahələrinin inkişafı problemləri” şöbəsinin müdiri Aqil Əsədov deyib.

Onun sözlərinə görə, Azərbaycanda ticarət və xidmət sektoru tamamilə özəl bölmədə formalaşıb və bu sahədə çalışan sahibkarlıq subyektlərinə azad və liberal fəaliyyət üçün münbit şərait təmin edilib. Zəngin potensial imkanların olmasına baxmayaraq, ölkəmizdə bu göstərici 30-33% civarındadır.

A.Əsədov nəzərə çatdırıb ki, 2025-ci ilə qədər ölkəmizdə xidmət sektorunun ÜDM-də xüsusi çəkisinin 43-45%-ə çatdırılması proqnozlaşdırılır.

Mənbə: Vergiler.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272