BÜDCƏ

Azərbaycanla İran maliyyə əməkdaşlığı müzakirə olunub
22 APREL
279

Azərbaycanla İran maliyyə əməkdaşlığı müzakirə olunub

2016-04-22 17:45:00

Aprelin 22-də Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) İranın rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan-İran əməkdaşlığı üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Palatadan fins.az-a verilən məlumata görə, qurumun Direktorlar Şurasının sədri Rüfət Aslanlı İranla ölkəmiz arasında ikitərəfli münasibətlərin inkişafının əhəmiyyətini qeyd edib. Palata sədri İranın beynəlxalq maliyyə bazarlarına yenidən çıxışını yaxından izlədiyini qeyd edərək, maliyyə sahəsində birgə əməkdaşlığın inkişafı üçün əlverişli şəraitin və imkanların olduğunu bildirdi.

İran nümayəndə heyətinin rəhbəri Mahmud Vaezi iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin genişləndirilməsi üçün maliyyə institutları arasında münasibətlərin dərinləşdirilməsinin vacibliyini vurğuladı. M.Vaezi hər iki ölkənin qeyri-neft sektorunun inkişafına dəstək vermək məqsədi ilə qarşıya qoyulmuş hədəflərə çatmaqda nailiyyətlər əldə etmək üçün birgə addımların atılmasında maraqlı olduqlarını bildirdi. Sonda tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275