BÜDCƏ

"Marketlər “ağ” işləmək istəmirlər"
20 APREL
351

"Marketlər “ağ” işləmək istəmirlər"

2016-04-20 13:40:00

Son günlər iri supermarketlər şəbəkəsi rəhbərlərinin yüksək vergilərdən şikayətlənməsi gündəmdədir. "Rahat", "Bizim", “Fresko”, "Səbət", "Makromart", "Araz", "Neptun", "Bolmart", "Favorit" kimi iri market şəbəkələrinin rəhbərləri iqtisadiyyat naziri Şahin Mustafayevə müraciət ediblər. Sahibkarlar hazırda tətbiq edilən vergi dərəcələri və digər ödəmələrin qiymətlərin stabil saxlanmasına imkan vermədiyini, devalvasiya nəticəsində əhalinin alıcılıq qabiliyyətinin aşağı düşdüyünü bildiriblər.

Həmçinin marketlər bildirirlər ki, Vergilər Nazirliyinin yoxlamaları onların fəaliyyətinə mane olur.

Bəs əslində reallıq nədən ibarətdir?  Vergilər iş adamlarını incidir, yoxsa məsələ başqa cürdür?

Adının açıqlanmasını istəməyən bir sektor nümayəndəsinin verdiyi məlumata görə, əslində iri ticarət şəbəkələri “ag” işləmək istəmirlər. Baxmayaraq ki, bu ilin Yanvar ayının əvvəlindən vergilər bir qədər yüngülləşib. Bu barədə bir qədər sonra.

Marketlərdə aparılan müşahidələr göstərir ki, iri supermarketlərin çoxunda alıcılara kassa qəbzi verilmir. Alıcılara alış-veriş zamanı verilən qəbz supermarketin daxili sisteminin çap etdiyi qəbzdir və bu qəbz vergilərin ödənilməsi üçün əsas deyil.

Məsələn, bəzi supermarketlərdə alış-veriş zamanı alıcıya 2 qəbz təqdim olunur. Kassa qəbzində supermarketin sahibinin adı, VÖEN-i və əalqə vasitələri göstərilib. Bu qəbzdə ödənilən cəmi məbləğ və məbləğdən tutulan vergi göstərilir. Digər qəbzdə isə alıcının aldığı malların siyahısı və qiymətləri göstərilir. Bu qəbz supermarketin daxili satış sisteminin verdiyi qəbzdir. Qeyd edək ki, kassa çeki təqdim edən supermarketdə qiymətlərin digər şəbəkələr ilə müqayisədə yüksək olduğu hiss olunur. Bunun bir səbəbi də, onun vergidən yayınmaması ilə bağlı ola bilər.

Bakıdakı digər bir sıra iri supermarketlərdə isə yalnız bir qəbz verilir ki, bu da kassa qəbzi deyil. Alıcıya alınan malların siyahısı və qiymətləri olan “müştəri qəbzi” təqdim olunur. Bu qəbz də verginin ödənilməsi üçün fakt deyil, ola bilsin ki, belə şəbəkələr vergidən yayınırlar və malları vergi ödəyən rəqibləri ilə müqayisədə nisbətən ucuz sataraq haqsız rəqabətə yol açırlar.

Məlumata görə, vergilərin ödənilməsi malların qiymətlərinin nisbətən qalxmasına və supermarketlərin mənfəətlərin aşağı düşməsinə səbəb olur. Bir sıra şəbəkələr "qara uçot" ilə işləyərək bazarda üstünlük əldə etmək istəyirlər.

ƏMƏLİYYATIN HƏCMİ  ARTIRILMIŞDI

Ötən ilin solarında Vergi Məcəlləsinin 155.1, 218 və 220-ci maddələrinə edilmiş dəyişikliklərə əsasən;  ƏDV-nin məqsədləri üçün ərizə vermə öhdəliyini yaradan vergi tutulan əməliyyatların həcmi 120.000 manatdan 200.000 manatadək artırılmış,  ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə satış dövriyyəsi 200.000 manatdan artıq olduğu halda ticarət fəaliyyəti üzrə 6 faiz, ictimai iaşə fəaliyyəti üzrə 8 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ verilmişdir.

SEÇİM HÜQUQU VERİLİR

Sadələşdirilmiş vergini ödəyən ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər ƏDV-nin, mənfəət və əmlak vergisinin, fiziki şəxslər isə ƏDV-nin və gəlir vergisinin ödənilməsindən azad edilirlər. Ticarət və ictimai iaşə fəaliyyəti üzrə dövriyyəsi 200.000 manatdan artıq olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etməyə də bilərlər. Vergi Məcəlləsi onlara bu seçim hüququnu verir. Bu halda həmin şəxslər Vergi Məcəlləsi ilə müəyyən edilmiş ümumi qaydada ƏDV ödəyicisi kimi qeydiyyata alınaraq ƏDV, ilin yekunlarına əsasən mənfəət (gəlir) və əmlak vergilərini (hüquqi şəxslər üçün) dövlət büdcəsinə ödəməlidirlər. 

Mənbə: Marja.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275