BÜDCƏ

Bəzi məhsullara görə ƏDV aşağı salınacaq - NAZİRLİK
18 APREL
310

Bəzi məhsullara görə ƏDV aşağı salınacaq - NAZİRLİK

2016-04-18 13:40:00

Vergilər Nazirliyi hökumət üzvləri ilə birlikdə Azərbaycan üçün strateji məhsulların siyahısını müəyyənləşdirib, vergilərin differensiasiyası məsələsinə baxa bilər. Fins.az-ın məlumatına görə, bu barədə Nazirliyin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Samirə Musayeva bildirib: "Vergilər Nazirliyi də beynəlxalq təcrübəni öyrənir, ayrı-ayrı dövlətlərdə vergi dərəcələrini araşdırır. Məlumat üçün bildirim ki, Avropa ölkələrində ƏDV-nin orta dərəcəsi 20%-dir. Ona görə də, bizdə hazırkı 18%-i bütün Avropa ilə müqayisə etsək, aşağı göstəricidir".

"Hazırda vergi dərəcələrində differensassiya var. Strateji məhsullar, qida sənayesi, uşaq geyimi məhsulları, kiçik sahibkarlığın istehsal etdiyi məhsullar üçün ƏDV-nin aşağı dərəcəsi müəyyən olunub. Təbii ki, Vergilər Nazirliyi də hazırdır ki, hökumət üzvləri ilə birlikdə məhz Azərbaycan üçün həmin strateji məhsulların siyahısını müəyyənləşdirib, differensasiya məsələsinə baxılsın. Həmin təşəbbüslər üzərində ciddi şəkildə işləməyə hazırıq", - deyə İdarə rəisi qeyd edib.

Mənbə: "Report"

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275