2019-cu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi ötən ilin ilk yarısı ilə müqayisədə 16 faiz artaraq 22.901.835,45 min. ABŞ dolları təşkil edib. Fins.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında məlumat verlir Məlumatda bildilir ki, hesabat dövründə Azərbaycan xarici ölkələrə 13.519.906,70 min. dollar dəyərində məhsullar ixrac edib, idxalın həcmi isə 9.381.928,75 min. dollar olub. Nəticədə 4.137.977,95 min. dollarlıq müsbət ticarət saldosu yaranıb.

Ötən ilin yanvar-avqust ayları ilə müqayisədə bu ilin ilk yarısında ixrac 5 faiz, idxal 36,7 faiz artıb, müsbət saldo isə 31,2 faiz azalıb.