BİZNES

Azərbaycanın xarici iqtisadi mövqeyi - ARTAN VƏ AZALAN GÖSTƏRİCİLƏR
29 İYUL
111

Azərbaycanın xarici iqtisadi mövqeyi - ARTAN VƏ AZALAN GÖSTƏRİCİLƏR

2019-07-29 11:08:00

Ölkənin xarici iqtisadi mövqeyi yaxşılaşmaqda davam edir.Fins.az-ın məlumatına görə, Azərbaycanın xarici ticarət balansı profisitlidir və artmaqdadır. Belə ki, yanvar-iyun aylarında malların ixracı 15.2%, o cümlədən, qeyri-neft ixracı 13.5% artmaqla monetar qızıl idxalı nəzərə alınmadan 11.6% göstərici ilə qeyri-neft idxalının artım tempini  üstələyib. Neftin orta qiyməti ilin ötən dövründə 66 dolları üstələmişdir 

Profisitli tədiyə balansı şəraitində ölkənin strateji valyuta ehtiyatları ilin əvvəlindən 9.7% və ya 4.3 mlrd. dollar artaraq 49.1 mlrd. dollara çatıb.Beynəlxalq təşkilatlar 2019-cu ildə qlobal iqtisadi artım, o cümlədən ölkəmizin bir neçə əsas ticarət tərəfdaşları üzrə iqtisadi artım proqnozlarını azalmağa doğru təshih etmişdir. Qlobal qeyri-müəyyənliklər və ticarət qarşıdurmaları qalmaqdadır.

Dünya ərzaq qiymətləri cari ilin əvvəlindən 7.1%, o cümlədən ət məhsulları üzrə 8.4%, süd məhsulları üzrə isə 17.2% yüksəlib. Xarici monetar şərait yumşalmaqda davam edir və inkişaf etməkdə olan ölkələr qrupuna daxil olan əsas xarici ticarət tərəfdaşlarında makroiqtisadi sabitliyə müsbət təsir göstərir.

 Müəllif: Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257