BİZNES

Mikayıl Cabbarov: Vergilər Nazirliyi bu il vicdansız vergi ödəyicilərinə qarşı tədbirləri sərtləşdirəcək
13 İYUN
223

Mikayıl Cabbarov: Vergilər Nazirliyi bu il vicdansız vergi ödəyicilərinə qarşı tədbirləri sərtləşdirəcək

2019-06-13 12:46:00

Vergilər Nazirliyi cari ildə vicdansız vergi ödəyicilərinə yanaşmanı sərtləşdirməyi planlaşdırır. Fins.az-ın məlumatına görə, bunu nazir Mikayıl Cabbarov deyib.

"Sevindirici haldır ki, dövlət büdcəsinə vergi daxilolmalarının 92%-i cərimə və sanksiyaların deyil, könüllü ödənişlərin payına düşüb", - deyə o, bu gün Bakıda keçirilən Azərbaycan-Aİ biznes forumunda bildirib.

Nazir qeyd edib ki, Vergilər Nazirliyi bu il vicdansız vergi ödəyicilərinə yanaşmanı bir qədər sərtləşdirməyi planlaşdırır.

"Biz vergidən yayınmaqla gəlirlərini artırmaq istəyən vergi ödəyicilərinə qarşı sərt mübarizə aparmaq niyyətindəyik. Biz onsuz da vergi yükünü azaltmışıq, islahatlar həyata keçirmişik. Vergi islahatının nəticələrindən biri də budur ki, xüsusilə qeyri-neft sektorunda əmək müqavilələrinin sayı əhəmiyyətli dərəcədə artıb. İlin əvvəlindən bağlanmış 96 min əmək müqaviləsinin 66 mini özəl qeyri-neft sektorunun payına düşüb", - deyə M.Cabbarov vurğulayıb.

Bununla belə, o, vicdansız vergi ödəyicilərinə qarşı hansı tədbirlərin görüləcəyini açıqlamayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır