BİZNES

Ray Dalio və Bridgewater Associates hedc fondu
13 İYUN
78

Ray Dalio və Bridgewater Associates hedc fondu

2019-06-13 09:57:00

Fins.az dünyanın ən böyük hedc fondu "Bridgewater Associates" ın banisi Ray Dalio haqqında yazacıq.

Ray Dalio

12 yaşında Northeast Airlines şirkətinin səhmlərini $300-a alan Dalio və ilk investisiyasını edərək havayolunun başqa bir şirkətlə birləşməsindən 200% qazanc əldə edib. Harvarda təhsilini başa vurduqdan sonra NYSE ( Nyu York Fond bazarında) işə başlayır və əmtəə fyuçerslərini ticarəti ilə məşğul olur. Dominick and Dominick LLC  və  Shearson Hayden Stone  kapital idarəetmə şirkətlərində əmtəə fyuçerslərinin ticarəti üzrə rəhbər vəzifələrdə işlədikdən sonra 1975-ci ildə dünyanın ən böyük hedc fondu olan "Bridgewater Associates" təsis edir.

Hal hazırda ən çox qazanan hedc fond menecerləri siyahısında (The Highest-Earning Hedge Fund Managers 2019) 1-ci, 2018 ci ildəki Forbes 400 hesabatında siyahısında isə 25-ci yerdədir. O indiyə qədər xeyriyyə fondlarına $770 milyon məbləğində yardım etmişdir. 70 yaşlı Ray Dalio  2019-cu ilin May ayına Bloomberg-in hazırladığı ən varlı insanların siyahısında (The Bloomberg Billionaires Index ) 16.2 milyardlıq sərvəti ilə 62-ci yeri tutmuşdur.

“Bridgewater Associates” hedc fondu

40 ildən çox fəaliyyət göstərən fond artıq 2005-ci ildən dünyanın ən böyük hedc fondu statusunu qazanaraq, 2019 cu ildə  belə $160 milyard dəyərində ən çox aktivləri idarə etməklə 1-ciliyini qoruyur.Qeyd edək ki, fond 2008 ci ildəki qlobal maliyyə böhranını qabaqcadan proqnozlaşdıra bilmişdir. Fond inflyasiya, valyuta məzənnələri və ABŞ - ın ümumi daxili məhsulu kimi iqtisadi tendensiyalara əsaslanaraq qlobal makro iqtisadi investisiya metodundan istifadə edərək pensiya fondları, ianələr, fondlar, xarici dövlətlər və mərkəzi banklar daxil olmaqla institusional müştərilərə xidmət göstərir.

Bridgewater Associates institusional investisiya konsultasiya xidməti kimi başladı, sonradan müştərilərə institusional investisiya xidmətini təklif etdi və 1996-cı ildən kapitalın volatilliyə ( risk parity strategy) əsasən risklərin paylanmasına yönəldilmişdir. Şirkət valyuta paylaması, alfa və beta strategiyalarının ayrılması, kapitalın volatilliyə əsasən risklərin paylanması kimi strategiyalardan istifadə edir.

Konsultasiya, araşdırma, valyuta idarə edilməsi

İlkin vaxtlarda  biznesin fəaliyyəti  yalnız korporativ müştərilərə məsləhət vermək, yerli və beynəlxalq valyuta və faiz risklərinin idarə edilməsindən ibarət idi.Sonradan şirkət öz hədəf kütləsini dəyişərək Nabisco və McDonald's kimi korporasiyalara və hökumətlərə iqtisadi məsləhətlər verməyə başladı. Şirkətin hesabına Dünya bankı ( World Bank) tərəfindən 1987-ci ildə 5 milyon ABŞ dollar dəyərində vəsait köçürüldü və bu vəsait istiqrazlara ( fixed income)-a yerləşdirilməli idi. Elə bu hadisədən sonra fond istitusional investorlar üçün qlobal istiqrazlar və valyutaların idarə olunması xidmətinə üstünlük verdi.

Hedc Fond daha çox özlərinin araşdırmaları üzərinə qurulmuş investisiya strateqiyalarından istifadə edirlər. Pure Alpha, All Weather, Pure Alpha Major Markets kimi strateqiyalar şirkətin uzun illər investisiya təcrübəsinin nəticələri kimi yaranıb. Ray Dalio işlədikləri metod və yatırımlarla bağlı açıq formada insanlara çatdırmaqdan çəkinmir və aktiv olaraq araşdırmalarını öz web səhifələrində payaşırlar. 

Ray Dalionun yazıları

Bridgewater 2007-ci ildə qlobal maliyyə böhranı ola biləcəyini irəli sürdü və 2008-ci ildə Dalio "How the Economic Machine Works: A Template for Understanding What is Happening Now" məqaləsini yayımladı. Məqalədə iqtisadi mexanizmlərinin necə işlədiyini, iqtisadiyyatın fərqli kriteriyalara görə necə təhlil edilməsi izah edilir.

"Prinsiplər"

2017-ci ildə öz hedc fondundakı təcrübəsini əsas tutaraq analiz və praktiki tətbiqə əsaslanan investisiya və korporativ idarəetmə fəlsəfəsini əks etdirən "Prinsiplər" kitabını nəşr etdi. Əziz oxucular bu kitabı Finkorp komandası olaraq sizə hədiyyə edirik. Bunun üçün Facebook səhfiəsində paylaşdığımız postda olan şərtlərlə tanış olun və kitabı sizin mail adresinizə göndərək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.93
  • ₽ RUB
    0.0269