BİZNES

Ill Milli Mühasibat Forumu
12 İYUN
116

Ill Milli Mühasibat Forumu

2019-06-12 09:50:00

III Milli Mühasiblər Forumu keçirilib.Forumun təşkilatçıları Vergilər Nazirliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Respublikası Auditorlar Palatası, İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi, İqtisadi Araşdırmalar və Tədris Mərkəzi, Gənc Mühasiblər Birliyi, Azərbaycan Risk Peşəkarları Assosiasiyası(ARPA) və Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasıdır.Forumda Vergilər Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, İqtisadiyyat Nazirliyinin rəhbər vəzifəli şəxsləri,o cümlədən 200 nəfərə yaxın müxtəlif yerli və xarici şirkətlərin maliyyə menecerləri, baş mühasibləri və mühasibləri iştirak ediblər. Bununla yanaşı Forumda Türkiyənin İstanbul Universiteti İşlətmə fakültəsinin dekanı, ACCA-nin üzvü prof. Dr. Recep Pekdemir və ACCA-nin Ukrayna, Belarusiya və Qafqaz ölkələri üzrə rəhbəri Zhanetta Onyshchuk iştirak edərək dünya təcrübəsində Mühasibat uçotunun təşkili və müasir çağırışlar barəsində təqdimatlarla çıxış edib

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9097
  • ₽ RUB
    0.0264