BİZNES

“Vision Academy” “Maliyyəçi ilə Səhər yeməyi”-nə dəvət edir
11 İYUN
155

“Vision Academy” “Maliyyəçi ilə Səhər yeməyi”-nə dəvət edir

2019-06-11 17:05:00

“Vision Academy”  “Maliyyəçi ilə Səhər yeməyi” təşkil edir.Həftəsonunu səmərəli dəyərləndirərək həm də  faydalı biliklər və yeni dostlar qazanmaq üçün əla fürsət olan “Maliyyəçi ilə Səhər yeməyi” bu sahədə biliklərini artırmaq istəyən şəxslər üçün  çox əhəmiyyətlidir. “Vision Academy”-nin “Maliyyəçi ilə Səhər yeməyi”ni təşkil etməyində əsas məqsədi maliyyə və mühasibatlıq sahəsində çalışan, karyerasını bu istiqamətdə qurmaq istəyənlər üçün maliyyə sahəsinin peşəkar biliciləri ilə birlikdə bu sahənin aktual məsələlərini müzakirə etmək imkanı yaratmaqdır. Ənənəvi olaraq təşkil olunan səhər yeməyinin bu dəfəki mövzusu beynəlxalq maliyyə kvalifikasiyaları, imtahanlara hazırlıq prosesi, ACCA və CFA kvalifikasiyalarının əhəmiyyəti barədə  olacaq. Öz sahəsində yüksək təcrübəyə və biliyə malik maliyyəçilər tərəfindən müxtəlif  mövzularda çıxışlar planlaşdırılır. Belə ki, "Vision Academy”-nin “Maliyyəçi ilə Səhər yeməyi”nində  Elnur Bədəlov "CFA-in ümumi karyerada rolu" , Tural Qəhrəmanzadə "CFA haqqında məlumat",Nurlan Cəbrayılov "50 min dollarım olsaydı hara investisiya edərdim",  Toğrul İslam "ACCA Financial Accounting - Azərbaycanda tətbiqi",  Fəqan Məmmədzadə "ACCA ilə uğurlu karyeram"  mövzularında təcrübələrini bölüşəcəklər.

"Vision Academy”-nin “Maliyyəçi ilə Səhər yeməyi” 15.06.2019 –cu il tarixində “Atmosphere Lounge” da  10:00-13:00 qədər olacaq.
 “Maliyyəçi ilə Səhər yeməyi”-nin ödənişi 15 AZN-dir. Bu sahədə maraqlı olan hər bir insan "Maliyyəçi ilə Səhər yeməyi”-inə dəvətlidir.  

Qeydiyyat linki: bit.ly/maliyyeciileseheryemeyi


 Ünvan: Zahid Xəlilov 25/A
Telefon: +994708943232 (WhatsApp aktivdir)
   Email: [email protected]

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9097
  • ₽ RUB
    0.0264