BİZNES

Yeni müəssisə açılıb
11 İYUN
109

Yeni müəssisə açılıb

2019-06-11 16:14:00

Oğuz şəhərində yeni tekstil müəssisəsi fəaliyyətə başlayıb.

Fins.az bildirir ki, bunu Trend-ə Azərbaycan Qadın Sahibkarlar Assosiasiyasının rəhbəri Səkinə Babayeva deyib.

S.Babayevanın sözlərinə görə, bu ideyanın təşəbbüskarı məhz assosiasiya olub:

"Təşkilatımızın əsas məqsədi ölkədə kiçik və orta sahibkarlığın inkişafına real dəstək göstərməkdir. Əlbəttə ki, biz dövlət orqanlarının da dəstəyinə ehtiyac duyuruq, çünki yeni müəssisələrin açılması maliyyə xərcləri, təşkilatçılıq işləri tələb edir".

S.Babayeva qeyd edib ki, müəssisə təşkilatın üzvü olan qadın sahibkarların vəsaitləri hesabına açılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272