BİZNES

İndiyədək ABŞ Azərbaycana 13,6 milyard dollar, ölkəmiz isə Birləşmiş Ştatlara 8,2 milyard dollar investisiya yatırıb
17 MAY
115

İndiyədək ABŞ Azərbaycana 13,6 milyard dollar, ölkəmiz isə Birləşmiş Ştatlara 8,2 milyard dollar investisiya yatırıb

2019-05-17 11:47:00

Bu vaxtadək ABŞ Azərbaycana 13,6 milyard dollar birbaşa, ölkəmiz isə Birləşmiş Ştatlara 8,2 milyard dollar portfel investisiyası yatırıb.Fins.az xəbər verir ki,bu barədə mayın 17-də Bakıda keçirilən Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyasının IV iclasında Maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 860 milyon dollar olub. Bunun 530 milyon dolları ABŞ-a ixracın, 330 milyon dolları isə ölkəmizə idxalın hesabına formalaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262