BİZNES

Azərbaycanda əhalinin hər nəfərinə düşən ÜDM miqdarı açıqlanıb
17 APREL
306

Azərbaycanda əhalinin hər nəfərinə düşən ÜDM miqdarı açıqlanıb

2019-04-17 13:24:00

2019-cu ilin yanvar-mart aylarında ölkədə 18111,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,0 faiz çox ümumi daxili məhsul istehsal edililib. Dövlət Statistika Komotəsindən fins.az-a verilən məlumata görə, ÜDM istehsalının 46,0 faizi sənayenin, 10,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,6 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrinin, 5,5 faizi tikintinin, 2,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 16,4 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 8,2 faizini təşkil edib. Məlumatda həmçinin qeyd olunur ki, əhalinin hər nəfərinə düşən ÜDM 1835,1 manata bərabər olub.

 Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266