BİZNES

Səudiyyə Ərəbistanından Azərbaycan iş adamlarına maraqlı təklif
04 MART
176

Səudiyyə Ərəbistanından Azərbaycan iş adamlarına maraqlı təklif

2019-03-04 13:20:00

Fins.az-ın məlumatına görə, “2018-ci ilin yekunlarına görə, Səudiyyə Ərəbistanı və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 20 milyon dollardan çox olmayıb. Qarşılıqlı investisiya həcmi də inkişaf proqramlarına uyğun gəlmir”.Bunu bu gün Azərbaycan-Səudiyyə Ərəbistanı Müştərək Komissiyasının V iclasında Komissiyanın həmsədri, Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun rəhbəri İbrahim bin Əbdülrəhman əl-Ömər bildirib.Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun rəhbəri deyib ki, gömrük sahəsində qarşılıqlı əməkdaşlıq sazişinin imzalanması vacibdir: “Tərəflər arasında yol xəritəsini müəyyən edəcək İşgüzar Şuranın yaradılması vacibdir. Hər iki ölkənin iş adamları və investorları bu sahədə dəstəklənməlidir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262