BİZNES

Sərbəst auditor və mühasiblər dövlət büdcəsinə nə qədər məcburi ödənişlər etməlidir?-FİNS
08 FEVRAL
481

Sərbəst auditor və mühasiblər dövlət büdcəsinə nə qədər məcburi ödənişlər etməlidir?-FİNS

2019-02-08 17:19:00

Fins.az-ın Azərbaycanda vergi uçotunda olan vəkillər kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər  dövlət büdcəsinə nə qədər məcburi ödənişlər etməsinə aydınlıq gətirib.Vergi uçotunda olan vəkillər kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər  dövlət büdcəsinə nə qədər məcburi ödənişlər barədə açıqlama verən iqtisadçı-ekpert Rauf Qarayev bilririb ki, "Vergi Məcəlləsinin 71-1.1- ci maddəsinə əsasən qanunla müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 218.5.10 maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz.

Fərdi sahibkar kimi digər hüquqi şəxslərə xidmət göstərdiyi halda sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ yoxdur.  1 yanvar 2019-cu il tarixdən gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərən şəxslər Vergi Məcəlləsinin 102.1.30 maddəsinə əsasən mikro sahibkarlıq subyektlərinin gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.

Sosial sığorta haqqında qanunun 14.5.5 maddəsinə əsasən,  vəkillər kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər - gəlirlərinin 20 faizi miqdarında sosial sığorta haqqı ödəyirlər.

İşsizlikdən sığorta haqqında qanunun 9 maddəsinə əsasən işsizlikdən sığorta üzrə sığorta tarifləri aşağıdakı faiz dərəcələri ilə müəyyən edilir:

1. sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi;

2. sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əmək haqqının 0,5 faizi.

Misal 1. Vəkillər kollegiyasının üzvü olan və vergi uçotunda olan şəxs (VÖEN-li) əhaliyə xidmət müqaviləsi əsasında xidmət göstərir. 1000 manat gəlir əldə edir.

1000 * 2 = 20 manat sadələşmiş vergi ödəyir.

1000 * 20%= 200 manat sosial sığorta haqqı ödəyir.

1000 * 1% = 10 manat işsizlikdən sığorta haqqı ödəyir.

Ümumilikdə: 200 + 20 + 10 = 230 manat büdcəyə ödəniş edəcək.

Qeyd: İşsizlikdən sığorta stajı İşsizlikdən sığorta haqqında qanunun 11 maddəsinə əsasən sığorta stajına daxildir.

Misal 2. Vəkillər kollegiyasının üzvü “A” şirkətlə və ya vergi uçotunda olan fiziki şəxslə (VÖEN-ni olanla) 1000 manatlıq xidməti müqavilə bağlayıb 1000 manat gəlir əldə edir. 210 manatı Vergi Məcəlləsinin 108 maddəsinə əsasən gəlirdən çıxılan xərcə aiddir.

Nəticədə 1000 – 210 (xərc)  = 790 manat * 75% (güzəşt) =  592,50 manat güzəşt. 790 - 592,50 = 197,50 * 20% (vergi uçotunda olan fiziki şəxslə  müqavilə bağladıqda gəlir vergisi və ya “A” şirkətlə müqavilə bağladıqda mənfəət vergisi) = 39,60 vergisi ödəyəcək.

1000 * 20%= 200 manat sosial sığorta haqqı ödəyir.

1000 * 1% = 10 manat işsizlikdən sığorta haqqı ödəyir.

Ümumilikdə: 200 + 39,60 + 10 = 249,60 manat büdcəyə ödəniş edəcək."

Müəllif: Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8931
  • ₽ RUB
    0.0263