Fins.az-ın məlumatına görə, 2018-ci ilin sentyabrında təsis edilmiş “Zetrix Azərbaycan” şirkəti ləğv edilir. “Zetrix Azərbaycan” şirkəti 2018-ci il sentyabrın 24-də 100 milyon 200 dollar nizamnamə kapitalı ilə təsis edilmişdi. Vadim Şneyer şirkətin direktoru təyin edilmişdi. O, “PAŞA Holding” MMC-nin direktor müavini və holdinqin hüquq şöbəsinin müdiridir. Yeni şirkətin hüquqi ünvanı belədir: Bakı, Neftçilər prospekti, 153, “Port Bakı Towers”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır