BİZNES

Azərbaycan hansı ölkələrə daha çox məhsul satır?
05 FEVRAL
86

Azərbaycan hansı ölkələrə daha çox məhsul satır?

2019-02-05 11:38:00

Fins.az-ın məlumatına görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nda Azərbaycanın daha çox məhsul ixrac etdiyi ölkələrin siyahısı açıqlanıb. Qeyd olunur ki, ötən il respublikamızdan Rusiya Federasiyasına 619,2 milyon, Türkiyəyə 344,9 milyon, İsveçrəyə 135,4 milyon, Gürcüstana 124,5 milyon, Qazaxıstana 44,6 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid məhsul ixrac edilib. Əvvəki illə müqayisədə ötən il Rusiyaya qeyri-neft ixracı 12 faiz, Türkiyəyə 18 faiz, Qazaxıstana 36 faiz artıb. İsveçrə və Gürcüstana isə ixrac, müvafiq olaraq, 6 faiz və 10 faiz azalıb. 2018-ci il ərzində Azərbaycan xarici ölkələrə ümumilikdə 1 milyard 689 milyon dollarlıq qeyri-neft məhsulları ixrac edib. Bu, 2017-ci illə müqayisədə 151 milyon dollar və ya 10 faiz çoxdur.

Ötən ilin dekabrında qeyri-neft sektoru üzrə ixrac 157 milyon dollar təşkil edib. Həmin dövrdə Azərbaycandan qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında birinci yeri Rusiya (63,8 milyon dollar) tutur. Siyahıda ikinci yerdə Türkiyə (23,6 milyon dollar), üçüncü yerdə İsveçrə (12,2 milyon dollar), dördüncü yerdə Gürcüstan (7,4 milyon dollar), beşinci yerdə isə İran (5,4 milyon dollar) qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.927
  • ₽ RUB
    0.0259