BİZNES

QHT-lərin mühasibat uçotu qaydalarıyla bağlı yenilik
13 YANVAR
144

QHT-lərin mühasibat uçotu qaydalarıyla bağlı yenilik

2019-01-13 03:43:00

Fins.az-ın məlumatına görə, baş nazir Novruz Məmmədov “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının ümumi prinsiplərinə əsasən qeyri-hökumət təşkilatları tərəfindən mühasibat uçotunun aparılması Qaydaları” təsdiq edib.“Mühasibat uçotu haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” 2018-ci il 4 may tarixli Qanununun tətbiqi və “Mühasibat uçotu haqqında” Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli fərmanında dəyişiklik edilməsi haqqında” 2018-ci il 1 iyun tarixli fərmanın 1.6.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının ümumi prinsiplərinə əsasən qeyri-hökumət təşkilatları tərəfindən mühasibat uçotunun aparılması Qaydaları” təsdiq olunub. Daha əvvəl məlum olub ki, “Mühasibat uçotu haqqında” qanuna edilən dəyişikliklərə əsasən, Dövlət İmtahan Mərkəzi (DİM) “peşəkar mühasib sertifikatı” verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9398
  • ₽ RUB
    0.0254