BİZNES

Vergi orqanlarına işə qəbul olunmaq üçün yeni qaydalar açıqlanıb
07 YANVAR
703

Vergi orqanlarına işə qəbul olunmaq üçün yeni qaydalar açıqlanıb

2019-01-07 17:46:00

 Fins.az Vergilər nazirliyinin saytına istinadən məlumat verir ki, “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 1.7-ci bəndinə əsasən test imtahanında iştirak etmədən birbaşa müsahibə yolu ilə müsabiqə keçiriləcək. Birbaşa müsahibə yolu ilə müsabiqələrdə iştirak etmək üçün sənəd qəbulu elektron ərizə vasitəsilə 14.01.2019-cu il saat 10:00-dan başlanılacaq və il ərzində davamlı olaraq həyata keçiriləcək.Vergi orqanlarına işə qəbulla bağlı elan edilmiş müsabiqənin keçirilmə şərtlərinə aydınlıq gətirən iqtisadçı-ekspert Rauf Qarayev bildirib ki, "Əvvəllər müsabiqədə və müsahibədə iştirak üçün staj məsələsi yox idi, yeni dəyişiklikdə “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 1.7-ci bəndinə əsasən test imtahanında iştirak etmədən birbaşa müsahibə yolu ilə müsabiqə keçiriləcək.

Müsabiqədə iştirak etmək üçün namizdələrə

  • Baş mühasib vəzifəsində 3 ildən artıq işləmiş şəxslər;
  • Mühasib vəzifəsində 5 ildən artıq işləmiş şəxslər;
  • Vergi orqanlarında əvvəllər 5 ildən artıq audit, bəyannamə və istintaq sahələrində işləmiş xüsusi rütbəli şəxslər;
  • Maliyyə, bank və iqtisadiyyatın digər sahələrində dövlət və ya özəl sektorda 5 ildən yuxarı rəhbər vəzifələrdə iş təcrübəsi olan şəxslər;
  • Hüquq sahəsində (məhkəmə, prokurorluq, vəkillik və s.) 5 ildən artıq iş təcrübəsi olan şəxslər.

Üstünlük verilən namizədlər

  • Elmi dərəcəsi, maliyyə və mühasibatlıq sahəsində fərqləndirici sertifikatlara malik olanlar;
  • Xarici dillərin birini sərbəst bilənlər.  

Aşağıdakı hallarda vətəndaşlar vergi orqanlarında xidmətə qəbul oluna bilməzlər:

  • məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilənlər;
  • üzərindən məhkumluğu götürülməyənlər və ya ödənilməyənlər;
  • qanunla müəyyən edilmiş müddətli həqiqi hərbi xidmət keçməmiş şəxslər; (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar istisna olmaqla)
  • müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla, çağırış yaşlı vətəndaşlar;
  • Dövlət vergi orqanları və ya işlədiyi digər qurumlarda əvvəllər yol verdiyi kobud nöqsanlara və ya xidməti fəaliyyətlə bir araya sığmayan hərəkətlərə görə işdən azad edilmiş şəxslər;
  • Yaşı 50-dən yuxarı olan vətəndaşlar.

Hesab edirəm ki, artıq Vergi Nazirliyi bu baxımdan inkişafa doğru dönüş edib. Çünki şəxsin əgər maliyyə sahəsində stajı varsa onu testdən keçirmək yersizdir. Bunu mən əvvəllərdə müsahibələrimdə demişdim. Görünür Vergilər Nazirliyində artıq başa düşüblər ki, hamıya eyni gözlə baxmaqla, peşakar mütəxəssisləri itirmiş olurlar. 07.01.2019 edilən dəyişkliik vergi sahəsinin daha təkmilləşməsinə imkan verəcək. Çünki vergi ailəsində artıq öz işinin peçakarı olan şəxslərin sayı çoxalacaq. Yaş müddətinin də 35 yox 50 yaşa qədər olmasıda təqdirə layiqdir. Çünki peşəkar olmaq üçün illər lazımdır. 35 yaşına kimi, insan tam peşakar ola bilməz. Onun daha təkmilləşməsi üçün illər lazımdır. Vergilərdə 35 yaş həddi var idi. Buda prinsipi pozurdu. Bundan sonra yoxlamalarda tam şəfaf keçməsi üçün edilən dəyişklik müsbətə doğru zəmin yaradacaq. Artıq mühasiblərin işini bu sahədə, təcrübəsi olan insanlar yoxlayacaq. Bu həm də mühasib üçün yaxşıdır. Çünki eyni dildə mühasib dilində danışaraq, bir birlərini tam şəkildə başa düşə biləcəklər. Bank sahəsində təcrübəli şəxslərin vergiyə cəlb olunması, bank sahəsində vergi baxımdan neqati halları aradan qaldıracaq. Hüquq mühafizə oranlarında çalışanların cəlb edilməsi isə, məhkəmə proseslərində daha effektli olacaq, bundan əlavə vergi sahəsində ibtidai istintaqın araşdırmasına müsbət tövhəsini verəcək."

Müəllif:Aynur Qəniyeva

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9143
  • ₽ RUB
    0.0267