BİZNES

Bu gündən bu sahələrdə ölkə üzrə vahid sadələşdirilmiş vergi dərəcəsinin tətbiqinə başlanılır
01 YANVAR
643

Bu gündən bu sahələrdə ölkə üzrə vahid sadələşdirilmiş vergi dərəcəsinin tətbiqinə başlanılır

2019-01-01 14:39:00

Fins.az-ın məlumatına görə, bu gündən ölkə üzrə vahid sadələşdirilmiş vergi dərəcəsinin tətbiqinə başlanılır Bu gündən ölkə üzrə vahid sadələşdirilmiş vergi dərəcəsinin tətbiqinə başlanılır Ölkə üzrə vahid sadələşdirilmiş vergi dərəcəsinin tətbiq edilməsinə başlanılır. Sadələşdirilmiş vergi dərəcəsi bütün ölkə ərazisində 2%-ə endirilir. Sadələşdirilmiş vergi məcəlləsinin 218.4-cü maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan və 218.1.2-ci maddəsində göstərilən vergi ödəyiciləri istisna olmaqla təqdim edilmiş mallara bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən, ümumi hasilatının həcmindən və satışdankənar gəlirlərdən 2% dərəcə ilə hesablanacaq. Qeyd edək ki, bundan əvvəl isə bu vergi Bakı şəhəri üzrə 4%, digər rayonlar və Naxçıvan MR-da 2% təşkil edib. Həmçinin, ticarət fəaliyyəti ilə məşğul olanlar üçün 6%-lik sadələşdirilmiş vergi ləğv olunur. Belə ki, dəyişikliklə 220.1-1.1 maddə-ticarət fəaliyyəti üzrə 6% ləğv edilir. İctimai iaşə fəaliyyəti üzrə 8%-lik sadələşdirilimiş vergi dərəcəsi isə saxlanılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9143
  • ₽ RUB
    0.0267