BİZNES

Bu gəlir vergisi üzrə güzəştin 7 İL müddətə olmasına aydınlıq GƏTİRİLDİ
26 DEKABR 2018
233

Bu gəlir vergisi üzrə güzəştin 7 İL müddətə olmasına aydınlıq GƏTİRİLDİ

2018-12-26 16:47:00

Xəbər verdiyimiz kimi 21-22 dekabr 2018-ci il tarixdə Vergilər Nazirliyinin rəhbər şəxsləri və ekspertlərin iştirakı ilə nazirliyin Şamaxı rayonundakı Tədris Mərkəzində dəyirmi masa keçirilib. Fins.az xəbər verir ki, Mks.az saytıın ekspertlərinin iştirak etdiyi dəyirmi masada 01 yanvar 2019-cu il tarixdən əmək haqqı fonduna ediləcək işçinin gəlirinin məbləği və müddəti ilə bağlı müzakirələr edib. Vergilər Nazirliyinin rəsmiləri "Hansı səbəblərə görə gəlir vergisinə güzəşt müddətinin 7 il olması" sualını belə cavablandırılıb: "Müzakirələr zamanı güzəşt müddətinin 5, 7 və 10 il olması hallarına baxıldı. Müddət məsələsinə iki aspektdən yanaşmaq lazımdır: Vergi ödəyicisi və büdcə. Güzəştin tətbiqi nəticəsində fiskal nöqteyi nəzərdən bir ildə  təxminən 500 000 nəfər üzrə 300 milyon manat vəsaitin itirilməsi ilə razılaşmalıyıq. Güzəşt müddətinin çox olması, büdcənin vergi daxilolmalarına təsir edir. Ona görə bu məsələdə optimal variant tapmaq lazımdır. Vergi ödəyicisi baxımdan isə, onlarda müddət baxımdan əminlik olmalıdır ki, əmək haqqları leqallaşdırdıqdan 2-3 il sonra onlardan yenidən əmək haqqı üzrə gəlir vergisi tələb olunmasın. O səbəbdən də 5 il müddət vergi ödəyicində əminlik yarada bilməzdi. 10 il variantı ona görə qəbul olunmadı ki, müddət çox olduqda fiskal itkilərimizin məbləği də çox olacaq. Vergi Məcəlləsində 7 il müddətində başqa güzəştlərin verilməsi təcrübəsi olduğuna görə, yekun olaraq bu müddət qəbul olundu."

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264