BİZNES

Vergilər nazirliyinin rəsmisindən açıqlama: Hansı məhsullara məcburi nişanlanma tətbiq olunacaq?
25 DEKABR 2018
208

Vergilər nazirliyinin rəsmisindən açıqlama: Hansı məhsullara məcburi nişanlanma tətbiq olunacaq?

2018-12-25 15:33:00

Bu gün  Vergilər Nazirliyinin təşkil etdiyi brifinqdə vergi məcəlləsində edilmiş dəyişikliklərlə bağlı brifinq keçirilib. Tədbir zamanı Fins.az-ın  hansı məhsullara məcburi nişanlanma tətbiq olunacaq? sualına, Vergilər Nazirliyinin Vergi Siyasəti Departamentinin baş direktoru Samirə Musayeva belə cavablandırıb: “Məcburi nişanlama ilə bağlı normativ hüquqi aktlar qəbul olunacaqdır.Məcburi nişanlanmanın məqsədi müəyyən növ məhsulların  təqib olunması eyni zamanda həmin məhsulların ölkəyə idxal olunandan sonrakı mərhələdə sahibkarlar arasında son istehlakçıya çatana qədər məhsulların təqdim  olunmasına məsafədən vergi nəzarətinin təmin olunmasıdır.İlk növbədə məcburi nişanlanlanmalı məhsullar qismində aksizli məhsullar nəzərdə tutulur,lakin bu gün hökümətdə müzakirələr gedir.Müəyyən növ məhsullar var ki, onlara məcburi nişanlanma tətbiq olunacaq. Siyahı dəqiqləşdirlmədiyinə görə  həmin məhsulları indi sadalaya bilməyəcəm. İlkin dəqiqləşən siyahıya əsasən bu gün mövcud aksiz markası ilə markalanmalı olan məhsullar həm də məcburi nişanlanmalı olan məsullar olacaq”

Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9369
  • ₽ RUB
    0.0256