BİZNES

Dubay Ticarət və Sənaye Palatasından Azərbaycana ÇAĞIRIŞ
25 DEKABR 2018
139

Dubay Ticarət və Sənaye Palatasından Azərbaycana ÇAĞIRIŞ

2018-12-25 12:33:00

Dubay Ticarət və Sənaye Palatası (Dubai Chamber of Commerce and Industry) Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Azərbaycan arasında iqtisadi əlaqələrin möhkəmkəndirilməsinə çağırır. Fins.az xəbər verir ki, bu barədə Palatanın Bakı ofisindəki illik qəbulunda bildirilib.

İkitərəfli ticarət və investisiya imkanlarını müzakirə etmək üçün tədbirdə Azərbaycan və BƏƏ-nin dövlət və özəl sektorlarının 200-dən çox nümayəndəsi iştirak edib. BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd Əhməd Hamel Əl Kubaisi BƏƏ ilə Azərbaycan arasında dərin siyasi, iqtisadi və ticarət əlaqələrini qeyd edib və belə tədbirlərin keçirilməsinin ikitərəfli əlaqələrin möhkəmləndirilməsində mühüm addım olduğunu vurğulayıb. Dubay Ticarət və Sənaye Palatasının beynəlxalq ofislərinin direktoru Ömər Xan Dubayla Azərbaycan arasında ticarət və investisiya əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini qeyd edib. O, Dubay Palatasının hər iki ölkənin iş adamlarına uğurlu iş ortaqlığı qurmaq üçün lazım olan dəstəyi və imkanları təmin etməyə hazır olduğunu təsdiqləyib. Dubay Palatasının Bakı nümayəndəliyi 2012-ci ildə baş tutan açılışdan bəri iki ölkə arasında işgüzar əlaqələrin inkişafında mühüm amilə çevrilib. Ofis BƏƏ-nin Azərbaycan bazarlarına investisiyalarını artırır və Dubay və BƏƏ bazarlarına çıxmaq istəyən Azərbaycan şirkətlərinə yardım edir.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9323
  • ₽ RUB
    0.0256