BİZNES

Bu halda VÖEN -ə görə sizə cərimə yazıla bilər
18 DEKABR 2018
461

Bu halda VÖEN -ə görə sizə cərimə yazıla bilər

2018-12-18 14:47:00

Fins.az bir çoxlarını maraqlandıran,sahibkarlıq fəaliyətini dayandırdıqdan sonra VÖEN-i açıq qala bilər? sualına aydınlıq gətirir. Bildirilməlidir ki, Vergi Məcəlləsinin 16.3-cü maddəsinə əsasən vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq vergi orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada (“Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında”) arayış təqdim etməlidir.  Bu zaman vergi ödəyicisinin özünün və onun təsərrüfat subyektlərinin (obyektlərinin) vəziyyəti dayandırılır. Əgər vergi ödəyicisi yalnız təsərrüfat subyektinin (obyektinin) fəaliyyətini dayandırmaq istəyirsə həmin fəaliyyətin dayandırılması günündən gec olmayaraq təsərrüfat subyekti (obyekti) üzrə qeydiyyatda olduğu vergi orqanına “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında” arayış təqdim etməlidir.  Bu halda  həmin təsərrüfat subyektinin (obyektinin) fəaliyyəti dayandırılır, vergi ödəyicisinin vəziyyəti isə aktiv qalır. Bu zaman vergi ödəyicisinin vəziyyəti aktiv olduğu üçün Vergi Məcəlləsinin müddəlarına əsasən onun tərəfindən müvafiq hesabatlar  və ya hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda isə bu barədə vergi orqanına arayış təqdim etməlidir.

Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9369
  • ₽ RUB
    0.0256