BİZNES

Azərbaycan bu sahədə regionun lideri olub
12 DEKABR 2018
103

Azərbaycan bu sahədə regionun lideri olub

2018-12-12 15:44:00

Fins.az-ın məlumatına görə,2-11 iyul 2018-ci il tarixində Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyində keçirilmiş auditin yekun nəticələri bəlli olub. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, bu nəticələrə əsasən, Azərbaycan mülki aviasiya sahəsində beynəlxalq standartlara uyğunluğun təmin edilməsi üzrə son iki il ərzində 23,3% irəliləyiş əldə edib. 4-5 dekabrda Parisdə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Avropa və Şimali Atlantika üzrə Regional Bürosunda təşkil edilmiş görüşdə Büronun regional direktoru Luis Fonseka de Almeyda Dövlət Mülki Aviasiya Agentliyinin nümayəndə heyətini təbrik edərək Azərbaycanın əldə etdiyi bu tərəqqinin 2018-ci ildə region üzrə ən yüksək nəticə olduğunu qeyd edib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Arif Məmmədov L.F. Almeydaya təbrikə görə təşəkkürünü bildirərək, ölkəmizdə aviasiya sahəsində təhlükəsizliyin təmin edilməsində daha yüksək nailiyyətlərin əldə edilməsi istiqamətində bundan sonra da ICAO ilə sıx əməkdaşlığın davam etdiriləcəyini bildirib.

Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.935
  • ₽ RUB
    0.0256