BİZNES

400 manat əvəzinə 83 manat vergi ödəyəcəklər - AÇIQLAMA
03 DEKABR
379

400 manat əvəzinə 83 manat vergi ödəyəcəklər - AÇIQLAMA

2018-12-03 16:43:00

Bəzi təbəqələr əvvəlki kimi sadələşdirilmiş vergi ödəyicisi ola bilməyəcəklər, amma bu o demək deyil ki, onlar hökmən ƏDV ödəyicisi olmalıdırlar. Fins.az xəbər verir ki  bunu Vergilər Nazirliyində keçirilən brifinqdə Vergilər Nazirliynin Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva məcəlləyə dəyişikliklər barədə keçirilən brifinq zamanı bildirib. 

Həmin şəxslər ya gəlir, ya da mənfəət vergisinin ödəyicisi kimi fəaliyyət göstərə bilərlər. «Yalnız öz seçimlərinə uyun olaraq, istəsələr ƏDV ödəyicisi ola bilərlər. Amma illik dövriyyəsi 200 min manata qədər olduqda onların məcburi qaydada ƏDV ödəyicisi olması ilə bağlı (Vergi Məcəlləsinə) heç bir müddəa daxil edilməyib».

S.Musayeva bildirib ki, sadələşdirilmiş vergi ödəyicilərinin gəlir vergisinə keçməsi, ödənişlərin artması demək deyil: «Biz istəyərdik ki, gəlir vergisinin dərəcəsinin 20% olmasının, əvvəlki 4%-lə müqayisə olunmasın. Çünki sadələşdirilmiş vergi ümusi dövriyyədən tutulur. Gəlir vergisi isə gəlirlərdən xərclər çıxıldıqdan sonra yerdə qalan gəlir və hüquqi şəxslərdə mənfəətdir. Hazırkı şərti mənəfət dərəcəsini götürsək, aylıq 10 min manat gəliri olan şəxslər bu gün 4% yəni 400 manat vergi ödəyir. Gələn il isə belə şəxslər şərti olaraq 20% rentabelli işlədiyi halda və  dövlətin verdiyi mənfəət və gəlir vergisinə olan güzəştləri nəzərə alanda ayda cəmi 83 manat vergi ödəyəcək» deyə dövlət rəsmisi bildirib. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256