BİZNES

Vergi Məcəlləsinə dəyişikliklər -Azərbaycan mənbəyindən gəlir
03 DEKABR
187

Vergi Məcəlləsinə dəyişikliklər -Azərbaycan mənbəyindən gəlir

2018-12-03 16:24:00

Fins.az-ın məlumatına görə, Vergi Məcəlləsinə yeni əlavə edilmiş anlayışlar və mövcud anlayışlara edilən dəyişikliklər bir sıra məsələlərə aydınlıq gətirməyə xidmət edəcəkdir.

Əvvəl:

Azərbaycan mənbəyindən gəlir – güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlərə rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər.

Dəyişikliklərdən sonra:

Azərbaycan mənbəyindən gəlir – güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarınarezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər.

1.Alınmış borclar üzrə qaytarılan borcun əsas məbləği (faizlər nəzərə alınmadan) Azərbaycan mənbəyindən gəlirə aid edilmir.

2. Bu müddəalar rezident banklar tərəfindən açılan müxbir hesablara aid edilməyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256