BİZNES

Biznesə çağırış: Şəffaf olun
30 NOYABR
106

Biznesə çağırış: Şəffaf olun

2018-11-30 12:54:00

Bu gün Bakıda biznesin inkişafı və yeni imkanlar mövzusunda beynəlxalq konfrans keçirilir. 

Fins.az xəbər verir ki, maliyyə mənbələrindən istifadə etməkdə problemləri olan Azərbaycan biznesinə ünvanlanan çağırışlardan biri şəffaflıq və hesabatlılıq olub.

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib ki, hazırda dünya bazarında 90 trilyon dollar istiqraz dövriyyəsi var. Azərbaycan Maliyyə Nazirliyinin buraxdığı dövlət istiqrazları nəticəsində borclanmanın səviyyəsi 700 milyon manat təşkil edir.

Kapital bazarında SOCAR və “Metak” şirkətlərinin istiqrazları çox böyük tələbatla satılır. M.Musayev şirkətlərin listinq platformasına qoşulmasının və kapital bazarı ilə əməkdaşlığının daha ucuz maliyyə imkanlarına çıxış olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən Astana Beynəlxalq Maliyyə Mərkəzinin rəhbəri Aydar Kazıbəyovun sözlərinə görə, onlar Azərbaycan biznesinin Çin, Rusiya və Mərkəzi Asiya bazarlarına çıxışına kömək etməyə hazırdırlar.

Çinin dövlət bankının da səhmdarı olduğu Astana Beynəlxalq Maliyyə Mərkəzi şirkətlərin xarici investorlara çıxışı üçün zəruri şərtləri açıqlayıb. Təbii ki, bunun üçün şirkətlərin maliyyə hesabatlılıq səviyyəsi yüksək olmalıdır.

Məlumat üçün qeyd edək ki, hazırda Qazaxıstanın neft-qaz şirkətləri də daxil olmaqla, altıdan çox şirkətinin səhmləri kütləvi yerləşdirməyə açılıb.

oxu.az

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256