BİZNES

Analitik Ekspertiza Mərkəzi şirkətlərə müraciət edib
23 NOYABR
96

Analitik Ekspertiza Mərkəzi şirkətlərə müraciət edib

2018-11-23 10:40:00

Fins.az-ın məlumatına görə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi bioloji fəallığa malik qida əlavələrini idxal edən şirkətlərə müraciət edib. Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş “Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi” Qaydasına əsasən bioloji fəallığa malik qida əlavələrinin ekspertizasını Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi həyata keçirir. Aparılan ekspertizalar üçün şirkətlər tərəfindən təqdim edilən sənədlərin “Bir pəncərə” prinsipi ilə qəbulunu asanlaşdırmaq məqsədilə bioloji fəallığa malik qida əlavələrini idxal edən şirkətlər üçün sənəd qəbulu günləri artırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256