BİZNES

Azərbaycanda maliyyə sanksiyalarının həcmi 10 dəfə arta bilər
20 NOYABR
147

Azərbaycanda maliyyə sanksiyalarının həcmi 10 dəfə arta bilər

2018-11-20 12:21:00

Fins.az-ın məlumatına görə Azərbaycanda maliyyə institutlarına tətbiq edilən maliyyə sanksiyalarının həcminin artırılması təklif edilir. Vergilər Məcəlləsinə təklif edilən dəyişikliyə görə,maliyyə institutları tərəfindən hüquqi və fiziki şəxslərə hesab açıldıqda və ya maliyyə xidmətləri göstərildikdə, normativ hüquqi aktların, habelə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl edilməməsinə görə – hər belə hesab və ya əməliyyat üçün 500 (əvvəl 100) məbləğində, bu Məcəllənin 16.1.11-4-cü maddəsində göstərilən elektron hesabatın müəyyən edilmiş qaydada və müddətdə təqdim edilməməsinə görə – 10000 (əvvəl 1000) manat məbləğində; vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinin pozulması həmin müqavilələrin tərəfi olan digər dövlətin səlahiyyətli orqanının bildirişinə əsasən aşkar olunduqda – hər belə hesab üçün  1000 əvvəl 100) manat məbləğində sanksiya tətbiq edlməsi təklif olunur.

Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256