BİZNES

Postsovet ölkələri arasında ən az inflyasiya Azərbaycanda qeydə alınıb
16 NOYABR
140

Postsovet ölkələri arasında ən az inflyasiya Azərbaycanda qeydə alınıb

2018-11-16 11:05:00

Fins.az-ın "report"a istinadən verdiyi məlumata görə Azərbaycan bu ilin yanvar-oktyabr aylarında keçmiş SSRİ ölkələri arasında istehlak qiymətlərinin ən az artdığı ölkələrdən biri olub. Bu barədə “BelaPAN” informasiya agentliyi milli statistika qurumlarının məlumatlarını təhlili əsasında məlumat yayıb. 

Məlumata görə, 10 ay ərzində Moldovada bahalaşma qeydə alınmayıb. Ermənistanda qiymətlər 0,7%, Qırğızıstanda isə 0,9% azalıb. 

Postsovet ölkələri arasında ən çox inflyasiya Özbəkistanda qeydə alınıb. Yanvar-oktyabrda bu ölkədə qiymətlər 9,5% artıb. 2-ci yerdə Ukrayna (7,4%), 3-cü yerdə Tacikistan (4,5%), 4-cü yerdə Belarus (4,2%), 5-ci yerdə Estoniya (4,1%), 6-cı yerdə Qazaxıstan (3,7%), 7-ci yerdə Latviya (3,1%), 8-ci yerdə Rusiya (2,9%), 9-cu yerdə isə Gürcüstan (0,4%), 10-cu yerdə isə Azərbaycan (0,2%) qərarlaşıb. 

İstehlak qiymətlərinin aylıq dinamikasına gəldikdə isə oktyabrda Azərbaycanda yenə də 0,2% artım qeydə alınıb. Bu göstərici Belarus və Estoniyada 0,5% təşkil edib. Ötən ay Ukraynada qiymətlər 1,7%, Özbəkistanda 1,3%, Latviyada və Tacikistanda isə 0,7% artıb. 

Sonrakı yerləri bu siyahıda hər birində 0,4% inflyasiya olmaqla Moldova, Gürcüstan, Qırğızıstan tutub. Ötən ay Ermənistanda 0,1% inflyasiya qeydə alınıb. 

Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256