BİZNES

“AHK Azərbaycan” sahibkarları Almaniyaya aparacaq
13 NOYABR
90

“AHK Azərbaycan” sahibkarları Almaniyaya aparacaq

2018-11-13 11:19:00

Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) gələn il fevralın 5-8-də Leypsiqdə (Almaniya) keçiriləcək “Z və Intec” sərgisinə biznes səfəri təşkil edəcək. Fins.az xəbər verir ki,  bu sərgi Saksoniya vilayətinin sənaye üzrə aparıcı sərgisi sayılır. Biznes səfəri Sənaye İxracının Təşviqi (SİT) layihəsi çərçivəsində 4-7 fevral tarixlərində Azərbaycanın Maşın Mühəndisliyi, Maşın və Cihazqayırma sahələri üzrə təşkilat və müəssisələrinin nümayəndələri üçün baş tutacaq. Layihəni Saksoniya Dövlət İqtisadiyyat, Əmək və Nəqliyyat Nazirliyi (SMWA) maliyyələşdirir və Saksoniya İqtisadi İnkişaf Korporasiyası (WFS) ilə “AHK Azərbaycan”ın birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.

 Eləcə də bax:Yarım milyon manata olan gəmi kimə satılır?

SİT layihəsinin proqramına sərgiyə ziyarət, seminarlarda iştirak, müəssisələrlə işgüzar görüşlər, müvafiq sahələr üzrə seçilmiş Saksoniya şirkətləri ilə ikitərəfli görüşlər, eləcə də qeyri-rəsmi formatda müzakirələr və mədəni tədbirlər daxildir. Biznes səfərin əsas məqsədi oxşar biznes profillərinə malik olan Azərbaycan və Saksoniya şirkətlərinin bir araya gətirilməsi və ikitərəfli işgüzar əməkdaşlığın genişləndirilməsidir.

İştirak ödənişsizdir. Biznes səfəri zamanı ünsiyyət dili əsasən rus dili olacaqdır. Biznes furşet, profillərə uyğun alman şirkətləri ilə ikitərəfli görüşlər, Saksoniya vilayəti daxilində müəssisələrlə görüşlər, eləcə də qrup proqramı zamanı tərcümə xidmətləri ilə bağlı xərclər Saksoniya federal vilayətinin SİT layihəsi tərəfindən qarşılanacaq.

Uçuş bileti, Saksoniya vilayətində hotel və viza xərcləri iştirakçılar tərəfindən qarşılanır. “AHK Azərbaycan” uçuş biletlərinin alınması, hotel rezervasiyası və viza məsələlərində iştirakçılara dəstək göstərir.

Azərbaycan təşkilat və müəssisə nümayəndələrinin iştirakı onlayn qeydiyyat linki vasitəsilə aparılır.

Qeydiyyat üçün son tarix 30 noyabr 2018-ci ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255