BİZNES

"AzerGold” QSC Avstraliyada nüfuzlu beynəlxalq konfransda iştirak edib
02 NOYABR
117

"AzerGold” QSC Avstraliyada nüfuzlu beynəlxalq konfransda iştirak edib

2018-11-02 14:06:00

 “AzerGold” QSCAvstraliyada təşkil olunan 5-ci Beynəlxalq Dağ-mədən və Ehtiyatlar Konfransında (International Mining and Resources Conference – IMARC) iştirak edib.Melburn şəhərində təşkil olunan tədbirdə hər il dünya üzrədağ-mədən sahəsinin aparıcı şirkətlərinin rəhbərləri, sərmayəçilər, maliyyə qurumlarıbir araya gəlir.

“AzerGold” QSC-nin nümayəndə heyətinintəşkilatçıların rəsmi dəvəti əsasında baş tutan səfəri çərçivəsində 40-dan çox şirkətlə, o cümlədən “Cargill International Pty Ltd”, “Scania Australia”, “TUMAD Mining”, “EMR Capital” kimi nüfuzlu və tanınmış şirkətlərlə təşkil olunan ikitərəfli görüşlərdə kəşfiyyat, metallurgiya, mədənçilik üzrə ən son texnoloji nailiyyətlər, istehsalatın optimallaşdırılması, yeni texnologiyaların tətbiqi, investisiyaların cəlb edilməsi, əməkdaşlığın qurulması perspektivləri müzakirə edilib. Xarici şirkətlər “AzerGold” QSC-nin qısa müddət ərzində hasilatda və ixracda əldə etdiyi göstəriciləri yüksək qiymətləndirib, əməkdaşlıq üçün böyük potensialın mövcudluğunu vurğulayıblar.

Qeyd edək ki,faydalı qazıntıların hasilatı sahəsində fəaliyyət göstərən şirkət, investor, mütəxəssislər və təşkilatları bir araya toplayan və dağ-mədən sahəsinin kəşfiyyatdan tutmuş investisiyaya qədər bütün aspektlərini əhatə edən Beynəlxalq Dağ-mədən və Ehtiyatlar Konfransında bu il 90-dan çox ölkəni təmsil edən 6 mindən artıq mədənçilik mütəxəssisi, 400-dən artıq investor, 250-dən artıqdağ-mədən şirkətiiştirak edib.

Eləcə də bax:“AMAY”-ın İrandakı şirkətinin rəhbəri həbs edilib

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258