BİZNES

Gömrük əməkdaşları daha bir şəxsi saxladı
26 OKTYABR
106

Gömrük əməkdaşları daha bir şəxsi saxladı

2018-10-26 10:12:00

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi avtomobillə gələn Azərbaycan vətəndaşı saxlanılıb və nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Eləcə də bax:50 faiz insanlar iş yerlərini itirəcklər - SƏBƏB

Fins.az xəbər  verir ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi "VAZ 21074" markalı avtomobildə gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobilin sağ və sol qanadlarının içində və panelində 5600 ədəd "King" markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9117
  • ₽ RUB
    0.0251