BİZNES

Xaricdə yaşayanlar Azərbaycanda iş qura bilərlər
24 OKTYABR
187

Xaricdə yaşayanlar Azərbaycanda iş qura bilərlər

2018-10-24 11:33:00

Bu gün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) İslam, Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESCO) ilə birgə “Rəqəmsal Ticarət Qovşağının ii beynəlxalq konfransı: Elektron və Mobil Rezidentlik Proqramının Açılış Mərasimi”ni keçirib.

Fins.az-ın  məlumatına görə, konfransda bildirilib ki, Azərbaycan dünyada ilk dəfə olaraq qeyri-rezidentə mobil imza – “ASAN imza” təqdim edib.

Tədbirdə ticarətin rəqəmsallaşması, iştirakçı ölkələr arasında e-xidmətlərin sərhədlərarası mübadilələrə təsiri və innovativ inkişafın digər aktual mövzuları müzakirə olunub. Konfransı giriş nitqi ilə açan İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı deyib ki, qlobal iqtisadiyyatın gələcəyini texnologiyanın insan həyatına nüfuzu, pulun təkamülü, sərvətlərin bölünməsi, yeni iqtisadi hərəkətverici mühərriklərin işə düşməsi, yaşıl iqtisadiyyat, insanların paylanma coğrafiyası və ticarət paradoksu kimi amillər müəyyənləşdirir: “Azərbaycan qlobal trendləri nəzərə alaraq dördüncü sənaye inqilabının ruhuna uyğun şəkildə rəqabətədavamlı iqtisadiyyat qurmalıdır. Dünyada ikinci Rəqəmsal Ticarət Qovşağı, ilk mobil rezidentlik və ikinci elektron rezidentliyin Azərbaycanda təqdim olunması ölkəmizin innovativ inkişafa verdiyi töhvələrdir”.

Eləcə də bax:"Facebook" messencerin yeni versiyasını istifadəyə verib - VİDEO

Sonra İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tuveycri danışıb. O, İİTKM ilə Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı kimi mövqeyinin tanınmasına dair Anlaşma Memarandumunu xatırladaraq bildirib ki, Azərbaycan bir çox aspektlər, o cümlədən texnoloji baxımdan qərblə şərqi birləşdirən məkandır.


Yeri gəlmişkən, tədbirdə İSESCO-nun baş direktoruna və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Jankauskasa Azərbaycanın ilk mobil operatoru Bakcellin şəbəkəsi əsasında hazırlanan mobil rezidentlik və milli geyim hədiyyə olunub. 

Konfransda Estoniya parlamentinin vitse-spikeri Kalle Laanet, Türkiyənin EDAM beyin mərkəzinin rəhbəri Ussal Şahbaz, Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov, "Gazinformservice" MMC-nin baş icraçı direktorunun müşaviri Sergey Kiryushkin, Bridgizz-in baş icraçı direktoru Ahmed Larouz və başqaları çıxışlar ediblər.

Azərbaycanın Rəqəmsal Ticarət Qovşağına aid ikinci beynəlxalq konfransda ABŞ, Tayland, İsveçrə, Böyük Britaniya, Estoniya, Türkiyə, Mərakeş və s. olmaqla 20-dən artıq ölkədən 200-ə yaxın nümayəndə iştirak edib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258