BİZNES

Yeni müəssisə yaradılır
24 OKTYABR
150

Yeni müəssisə yaradılır

2018-10-24 09:52:00

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və “Columbia Shipmanagement” şirkəti birgə müəssisə yaradır. 

Fins.az xəbər verir ki, bu barədə  Gəmiçilikdən bildirilib. 

Məlumata görə, bununla bağlı qurumun sədri Rauf Vəliyev və “Columbia Shipmanagement”in direktoru Henrix Şüller arasında anlaşma memorandumu imzalanıb.

Yeni birgə müəssisə vasitəsilə ikitərəfli əməkdaşlıq daha da güclənəcək. Belə ki, müəssisə beynəlxalq sularda böyük həcmli tankerlərin istismarı ilə bağlı təcrübə mübadiləsi, ASCO-nun dənizçilərinə və ofis heyətinə təlimlərin keçirilməsi və yeni xarici layihələrdə Gəmiçiliyin iştirakının təmin edilməsi üçün əsaslı zəmin yaradacaq.

Tərəflər arasında birgə müəssisənin yaradılması üçün danışıqların davam etdirilməsi, tələb olunan texniki-iqtisadi sənədlərin hazırlanması ilə bağlı razılıq əldə ediliblər.

Qeyd edək ki, ASCO və “Columbia Shipmanagement” arasında sıx əməkdaşlıq münasibətləri mövcuddur. Elə bu əməkdaşlığın nəticəsi olaraq hazırda ASCO-nun dənizçiləri və Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri sözügedən beynəlxalq şirkətin gəmilərində təcrübə keçirlər. Birgə həyata keçirilən bu layihədən Gəmiçiliyin il ərzində ümumilikdə 20-dən çox dənizçisi faydalanacaq.

 Eləcə də bax:"Bu layihəyə birinci mərhələdə 80 milyon manat sərmayə qoyulub"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9117
  • ₽ RUB
    0.0251