BİZNES

İnşaat sərgisi qapılarını açdı
23 OKTYABR
107

İnşaat sərgisi qapılarını açdı

2018-10-23 11:36:00

Bu gün 24-cü Azərbaycan Beynəlxalq İnşaat Sərgisi və 11-ci Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu sərgilərinin açılışı keçirilib.

Tədbiri giriş sözü ilə açan iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov iqtisadi və investisiya fəallığının artırılması istiqamətində kompleks tədbirlərin həyata keçirildiyini xatırladıb.

O, təlabatın ödənilməsində yerli məhsulların payının artdığını bildirib: "İxrac əhəmiyyətli dərəcədə artıb. Ölkədə insanların rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər öz nəticəsini verir".

N.Səfərov qeyd edib ki, ölkədə sahibkarlığın inkişafı ilə bağlı köklü islahatlar aparılır.

"Qeyri-neft sahəsinə yatırılan investisiyaların həcmi artıb. Bundan başqa, tikinti materialları üzrə Azərbaycan özünü təmin etməyə nail olub. Bugünkü sərgidə Azərbaycan şirkətləri öz məhsullarını "Made in Azerbaijan" brendi altında təqdim edir. Azərbaycanda hər il keçirilən sərgi bu sahəyə olan marağı əks etdirir", - nazir müavini vurğulayıb. 

 Eləcə də bax:Dövlət şirkətində 37 milyon manat zərər

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258