BİZNES

Hansı ölkələr Azərbaycanda şirkət açmaqda maraqlıdır?
17 OKTYABR
123

Hansı ölkələr Azərbaycanda şirkət açmaqda maraqlıdır?

2018-10-17 10:59:00

Cari ilin avqustun sonu və sentyabrın əvvəli bir neçə xarici ölkə vətəndaşı Azərbaycanda öz şirkətlərini qeydiyyatdan keçiriblər.

Fins.az "Vergilər" qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir ki,  İran vətəndaşı Mirzae Nooraddin Firouz Azərbaycanda “Şəms Sağlamlıq Mərkəzi” MMC-ni təsis edib. Şirkətin nizamnamə kapitalı 1000 manat, dövlət qeydiyyatına alındığı tarix isə 27 avqustdur.

Digər İran vətəndaşı Vagozarireikandehei Farshid Kheirollah “Blue Heaven” MMC-ni təsis edib. Şirkətin nizamnamə kapitalı 10 manat, dövlət qeydiyyatına alındığı tarix isə 10 avqustdur.

Bundan başqa, Hindistan vətəndaşı Thakur Bijay Kumar Azərbaycanda “Rock Sand Gravel” MMC-ni təsis edib. Şirkətin nizamnamə kapitalı 300 manat, dövlət qeydiyyatına alındığı tarix isə 24 avqustdur.

Digər Hindistan vətəndaşı Lalwani Labesh ölkəmizdə “Graphic Caspian” MMC-ni təsis edib. Şirkətin nizamnamə kapitalı 10 manat, dövlət qeydiyyatına alındığı tarix isə 27 avqustdur.

Rusiya vətəndaşı Mamedova Ofeliianın təsis etdiyi şirkət “Dr. OFF Tibb Mərkəzi” MMC-dir. Nizamnamə kapitalı 100 manat olan şirkət bu ilin 27 aqvustunda dövlət qeydiyyatına alınıb.

Başqa İran vətəndaşı Hosseini Seyedvahid Seyedali “İlya Travel” MMC-ni təsis edib. Şirkətin nizamnamə kapitalı 1000 manat, dövlət qeydiyyatına alındığı tarix isə 27 avqustdur.

Həmçinin, İran vətəndaşı Shirvanımoghaddam İman Ali “Aztrading CO.” MMC-ni təsis edib. Şirkətin nizamnamə kapitalı 100 manat, dövlət qeydiyyatına alındığı tarix isə 27 avqustdur.

Həmçinin, Rusiya vətəndaşı Mamedova Saraya Babaxanovna “Sara 2018” MMC-ni təsis edib. Şirkətin nizamnamə kapitalı 10 manat, dövlət qeydiyyatına alındığı tarix isə 27 avqustdur.

 Eləcə də bax:İqtisadiyyat Nazirliyinin tabeliyində olan qurum ləğv olunur

Digər Pakistan vətəndaşı Shah Sajjad Hussain “Costrex” MMC-ni təsis edib. Şirkətin nizamnamə kapitalı 10 manat, dövlət qeydiyyatına alındığı tarix isə 28 avqustdur.

Pakistan vətəndaşı Usman Muhammad “Lahore” MMC-ni təsis edib. Şirkətin nizamnamə kapitalı 10 manat, dövlət qeydiyyatına alındığı tarix isə 30 avqustdur.

Başqa İran vətəndaşı Soltan Hosseini Javad Jahangir “Qara üzüm” MMC-ni təsis edib. Şirkətin nizamnamə kapitalı 20 manat, dövlət qeydiyyatına alındığı tarix isə 29 avqustdur.

Azərbaycanda şirkət açan digər xarici vətəndaş Mohammed Abdelrahim Abdelgadir Elhimadydir. Sudan vətəndaşının təsis etdiyi şirkət “Capital Colours Company” MMC, şirkətin nizamnamə kapitalı 10 manat, dövlət qeydiyyatına alındığı tarix isə 29 avqustdur.

Bundan başqa, Çin vətəndaşı Chen Limao “Liman CH” MMC-ni təsis edib. Şirkətin nizamnamə kapitalı 100 manat, dövlət qeydiyyatına alındığı tarix isə 31 avqustdur.

Azərbaycanda şirkət açan digər xarici ölkə vətəndaşı Latif Akbardır. Pakistan vətəndaşının təsis etdiyi şirkət “Politeness Azri” MMC, şirkətin nizamnamə kapitalı 2 manat, dövlət qeydiyyatına alındığı tarix isə 31 avqustdur.

Digər İran vətəndaşı Fourouzandeh Ghojehbiglou Tayyeb Rashid “Az-Zirvə” MMC-ni təsis edib. Şirkətin nizamnamə kapitalı 10 manat, dövlət qeydiyyatına alındığı tarix isə 31 avqustdur.

Başqa İran vətəndaşı Lorestani Ladan “English İmmigration Study” MMC-ni təsis edib. Şirkətin nizamnamə kapitalı 10 manat, dövlət qeydiyyatına alındığı tarix isə 31 avqustdur.

Ölkəmizdə şirkət açan xarici ölkə vətəndaşlarından biri də Gohariyoun Amirhossein Vahiddir. İran vətəndaşının təsis etdiyi şirkət “Momento” MMC, şirkətin nizamnamə kapitalı 100 manat, dövlət qeydiyyatına alındığı tarix isə 31 avqustdur.

Türkiyə vətəndaşı Gül Nazmi “N and R MOB” MMC-ni təsis edib. Şirkətin nizamnamə kapitalı 10 manat, dövlət qeydiyyatına alındığı tarix isə 31 avqustdur.

Digər qardaş ölkə vətəndaşı Mercan Ahmet “Çift El Gida Sanayii” MMC-ni təsis edib. Şirkətin nizamnamə kapitalı 10 manat, dövlət qeydiyyatına alındığı tarix isə 31 avqustdur.

Həmçinin Pakistan vətəndaşı Kazmi Syed Muhammad Arslan “Beş Dəniz Ticarət” MMC-ni təsis edib. Şirkətin nizamnamə kapitalı 5 manat, dövlət qeydiyyatına alındığı tarix isə 3 sentyabrdır.

Azərbaycanda şirkət açan digər Hindistan vətəndaşı XXX Sanjay Kumar “PVC Tyres and Oil” MMC-ni təsis edib. Şirkətin nizamnamə kapitalı 10 manat, dövlət qeydiyyatına alındığı tarix isə 3 sentyabrdır.

Digər Türkiyə vətəndaşı Durgun Mustafa “Emco” MMC-ni təsis edib. Şirkətin nizamnamə kapitalı 10 manat, dövlət qeydiyyatına alındığı tarix isə 3 sentyabrdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250