BİZNES

Məşhur kitab mağazası cərmələndi
02 OKTYABR
163

Məşhur kitab mağazası cərmələndi

2018-10-02 10:57:00

Maliyyə Bazarlarına Nəzarət Palatası “Əli və Nino Yayım” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində protokol tərtib edib.

Fins.az"Report"un xəbərinə görə bildirir ki, Nəsimi Rayon Məhkəməsinə müraciət edən Palata MMC-nin barəsində inzibati xəta haqqında iş başlanılmasın istəyib.

Məhkəmə isə MMC-nin İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə təqsirli bilib.

Belə ki, məhkəmə inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti 6805,62 avro məbləğinin 20 faizi miqdarında, 1361 avro 124 sent məbləğində cərimə edilməsi və həmin məbləğin ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilməsi barədə qərar çıxarıb.

Qərardan narazı qalan “Əli və Nino Yayım” apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə apellyasiya şikayətini təmin etməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb.

 Eləcə də bax:93 ölkədən 300 nəfərdən artıq satınalma üzrə mütəxəssislər bir arada

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260