BİZNES

İstehsalıçılarımızı tanıyaq: AYQİDA və AYSU Sənaye LTD
24 SENTYABR
120

İstehsalıçılarımızı tanıyaq: AYQİDA və AYSU Sənaye LTD

2018-09-24 15:00:00

AYQİDA və AYSU Sənaye LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti 26 oktyabr 1992-ci ildə 4 qardaş təsisçi tərəfindən yaradılmış, əvvəlcə “Müzəffərli” kiçik müəssisə adı ilə təsis edilmiş, sonra “SM Qida Sənaye” MMC, daha sonra “Tam Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyəti adı ilə fəaliyyət göstərmişdir.

Hal-hazırda müəssisə Əliyev əLİ Müzəffər oğlunun rəhbərliyi ilə “ AYSU Qida Sənaye LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti adı ilə öz fəaliyyətini uğurla davam etdirir. Şirkət əsasən qənnadı məmulatlarının istehsalı, idxalı, ixracı və o cümlədən satışı ilə ixtisaslaşmışdır. Bütün bu quruculuq işlərinin nəticəsi olaraq müəssisə eyni zamanda müxtəlif çeşiddə məhsullar: şokolad, peçenye, sandviç, vafli, qazlı və təbii sular, limonadlar, qarğıdalı çubuqları, marmelad, çipsilər və qənd məmulatlarının müxtəlif və zəngin çeşidlərinin istehsalı ilə yanaşı, bütün növ dənli bitkilərin qablaşdırılmasını da həyata keçirir.Müəssisə 26 oktyabr 1992-ci ildə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmiş və 1994-cü ildən isə artıq öz fəaliyyətini Bakı şəhərində davam etdirməkdədir.

24 oktyabr 2002-ci ildə ulu öndərimiz Heydər Əliyevin iş adamları ilə görüşünə “Müzəffərli” Məhdud Məsuliyyətli Cəmiyyəti də dəvət almışdı. Bu toplantıda ulu öndərin iş adamlarına diqqət və qayğısının nəticəsi olaraq qanunsuz yoxlamaların qarşısının alınması məqsədilə sərt qanun və qərarlar qəbul olundu. Bundan ruhlanan müəssisə Abşeron rayonunun Bakı-Sumqayıt şosesinin 13-cü km-də yerləşən sahədə fabrikin təməlini qoydu.
Müəssisə 2003-cü ildən əvvəlcə şokolad, peçenye, sonra isə sandviç, və vafli istehsalına başlamışdır. 2005-ci ildə müəssisədə qənnadı məmulatlarının istehsalı üçün Hollandiya, Almaniya, İtaliya, Rusiya və Türkiyədən ən müasir avadanlıqlar alınaraq quraşdırılmışdır. Müəssisə Azərbaycanda ilk olaraq içərisinə müxtəlif çeşidli quru meyvələr qoyulmuş şokoladlar və eyni zamanda içərisində müxtəlif meyvələrdən hazırlanmış mürəbbəli və üzəri şokoladla örtülmüş sandviç istehsal edir. Bu MDB ölkələrində analoqu olmayan bir xətdir.

2004-cü və 2008-ci illərdə Azərbaycan Respublikası üzrə keçirilən Sosial-İqtisadi İnkişaf Dövlət Proqramında həyata keçirilən iqtisadi islahatlar qısa tarixi dövr ərzində ölkədə makroiqtisadi sabitliyin bərqərar olunmasını təmin etmişdir.
2004-cü il fevralın 2-də Bakı Biznes Mərkəzində Prezidentin iş adamları ilə toplantısında şirkətin rəhbəri ölkə Prezidentinin qarşısında çıxış edərək şirkətdə 500 yeni iş yerinin açılmasına söz verdi. 2006-cı il sentyabrın 13-də isə Prezident İlham Əliyev özəl sektora dəstəyinin və qayğısının nəticəsi olaraq, bir daha öz diqqətini göstərərək Şirkətə gəldi. O, istehsal sahələri ilə tanış oldu və öz tövsiyələrini verdi. Onun gəlişindən ruhlanaraq şirkət, bu gün də öz fəaliyyət sahələrini daha da inkişaf etdirməkdədir və yeni-yeni iş yerlərinin açılmasına çalışır.

Bu gün “Ayqida və Aysu sənaye” Məhdud Məsuliyyətli Cəmiyyəti öz satışını birləşdirərək, nəinki respublikanın regionlarına, Bakı şəhərinə, eləcə də xarici dövlətlərə, Rusiya Qazaxstan, Gürcüstan və Azərbaycana yaxın olan ölkələrə öz məhsullarını ixrac etməkdədir. Bu gün daxili və xarici bazara hesablanmış düzgün iqtisadi siyasət, şirkətin daha da inkişaf etməsinə şərait yaratmışdır. Müəssisəyə məxsus bütün məhsullar “Ayqida” və “Aysu” əmtəə nişanları altında istehsal olunur.

Mənbə: azexport.az

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259