BİZNES

Səkkiz ayda Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr açıqlanıb
13 SENTYABR
191

Səkkiz ayda Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr açıqlanıb

2018-09-13 12:00:00

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın ən çox məhsul idxal etdiyi ilk üç ölkənin adı açıqlanıb.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, səkkiz ayda idxalda əsas ölkələrin siyahısında ilk sırada Rusiya olmaqla, Türkiyə və Çin qərarlaşıb. Rusiyadan məhsul idxalının dəyəri 1 milyard 65 milyon 36 min ABŞ dolları, Türkiyədən 1 milyard 2 milyon 537 min dollar, Çindən isə 720 milyon 660 min dollar olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9377
  • ₽ RUB
    0.0257