BİZNES

Azərbaycan Çinə 23,9 milyon dollarlıq qeyri-neft sektoruna aid mal ixrac edib
30 İYUL
179

Azərbaycan Çinə 23,9 milyon dollarlıq qeyri-neft sektoruna aid mal ixrac edib

2018-07-30 12:41:00

2018-ci ilin birinci yarısında qeyri-neft sektoru üzrə 846,5 milyon ABŞ dolları dəyərində mal ixrac olunub. Fins.az xəbər verir ki, Azexport.az portalına 2018-ci ilin ilk 6 ayında daxil olan ixrac sifarişləri 47,6 faiz faiz artıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin iyul sayı təqdim olunub. İcmalın bu sayında göstərilir ki, 2018-ci ilin yanvar-iyun ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 846,5 milyon ABŞ dolları təşkil edib. 2017-cı ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyun aylarında qeyri-neft sektoru üzrə ixrac 110,5 milyon ABŞ dolları və ya 15 faiz artıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən cari ilin ilk 6 ayı ərzində Rusiyaya 319,9 milyon, Türkiyəyə 180,1 milyon, Gürcüstana 74,1 milyon, İsveçrəyə 69,3 milyon və Çinə 23,9 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9673
  • ₽ RUB
    0.0259