BİZNES

Sahibkarlar üçün dövrün idarəetmə tələbi
23 İYUL
234

Sahibkarlar üçün dövrün idarəetmə tələbi

2018-07-23 09:00:00

İlk öncə şirkətin idarəetmə məsələsi o qədər mürəkkəb görünməsə də, biznes genişləndikcə böyük işçi heyəti, maliyyə məsələləri, müştərilərlə münasibətlər və şirkətin digər bütün sahələrinin eyni anda idarəetməsini həyata keçirmək həqiqətən də çətin və məsuliyyətli işə çevrilir. Bu vəziyyətdə köhnə üsullarla idarəetmə uyğun görünmür, çünki şirkətin bölmələrarası məlumatlarının otürülməsində ləngimələr yaranır, daim əməkdaşlarla əlaqə saxlamaq və işlərin icrasına nəzarət etmək çətinləşir, bu da öz növbəsində biznesin iş keyfiyyətini aşağı salır. Odur ki, son zamanlar bu kimi problemlərin həlli üçün  ERP sistemlər geniş istifadə olunur.

ERP (ing. Enterprise Resource Planning) - şirkətin hər bir fəaliyyət sahəsində planlaşdırmanı təmin edən sistemdir. Vahid informasiya bazası yaratmaq və mərkəzləşmiş idarəetməni həyata keçirmək ERP sistemlərinin əsas funksiya və özəlliklərindəndir.

ERP sistemləri bütün biznes proseslərinin vahid bazada toplanmasını, rəhbərlərin müəssisənin bütün bölmələri haqqında məlumatlarını operativ şəkildə almalarını və şirkətin hər bir fəaliyyətinin planlaşdırılmasını və avtomatlaşdırmış idarəetməni təmin edir.

Son zamanlar Azərbaycan bazarında da böyüyən və böyümkdə olan şirkətlər də avtomatlaşdırma sistemlərinin tətbiqinə üstünlük verirlər və daha çox qeyd olunan sahələrdə ERP həllərdən istifadə edirlər:

Elektron Sənəd Dövriyyəsi sistemi

ERP həllərdən biri olan Elektron Sənəd Dövriyyəsi sistemi (ing. DMS-Document Management System) müəssisə və ya təşkilata daxil olan, xaric olan və daxili sənədlərlə bağlı hər bir fəaliyyəti avtomatlaşdırır. Elektron Sənəd Dövriyyəsi sisteminin tətbiqi ilə insan faktorunun sənədlərə təsirini azalır, sənədlərin itməsi və digər xarici riskləri aradan qaldırır, arxivləşdirmə və axtarış prosesini asanlaşdırır, sənədlərin məxfiliyi və təhlükəsizliyi qorunur.

İnsan Resurslarının İdarəolunması sistemi

Elektron sənəd dövriyyəsi sistemi ilə ən geniş inteqrasiya olunan İnsan Resurslarının İdarəetmə sistemi (HRM-Human Resources Management) şirkətin işçi heyətinin strukturlaşmış şəkildə rahat idarəolunmasını təmin edir. İnsan resurslarının idarəetmə sistemi rəhbərin əməkdaşlar əlaqələrini, əməkdaşların izlənməsini və onların iş fəaliyətlərinin nəzarətdə saxlanmasını təmin edir. Belə sistemlər böyük və orta bizneslər üçün olduqca zəruridir.

Layihələrin İdarəedilməsi sistemi

ERP həllərdən daha biri olan Layihələrin İdarəedilməsi sistemi (ing. Project Management Software) vasitəsilə bütün layihələri, tapşırıqların və cari məsələlərin tərtib olunmasını, idarə edilməsini və izlənməsini təmin edir. Həmçinin layihələr üzrə tapşırıqlar haqqında istənilən hesabatları qrafik və vizual olaraq əldə etmək mümkündür ki, bu da hər bir müəssisənin fəaliyyətinin zərərlərdən qorunmaq və növbəti addımları müəyyən etməklə inkişafına böyük dəstək ola bilir.

Müştərilərlə Münasibətlərin İdarəedilməsi sistemi

Əlbəttə, ən önəmli olan məsələ hər bir biznesin əsasını təşkil edən müştərilərlə əlaqələrdir. Buna görə də,Müştərilərlə Münasibətlərin İdarəedilməsi sistemi (ing. CRM-Customer Relationship Management) şirkətlərdə müştərilərin vahid məlumat bazasını formalaşdırmağı, onlarla görüşlərin təşkil edilməsi və münasibətlərin tənzimlənməsini reallaşdırır. Müştəri münasibətlərinin yüksək səviyyədə təşkil olunmasını şirkətin imicinə müsbət təsir göstərərək biznesin inkişafına yol açacaq əsas amildir.

Contact Center İdarəetmə sistemi

Müştəri münasibətlərinə təsir göstəcək daha bir faktor da əlbəttə ki, müştərilərə göstərilən xidmətdir. Hər bir müştəri xidmətin əlçatan olmasını və problemlərinin tez bir zamanda həll olunmasını arzulayır. Son zamanlar məhşurlaşan Contact Center-lər məhz bu məqsədlə şirkətlərdə geniş şəkildə tətbiq olunur. Müştərilərin zənglərini cavablandıraraq, onların problemlərini çözərək və ya arzuladıqları məlumatları onlara ötürərək Contact Center vasitəsi ilə zəngləri satışa çevirmək mümkündür.

ERP sistemlərin üstünlükləri

ERP sistemlərin əsas üstünlüklərindən biri də odur ki, bu sistemləri hər bir sahədə fəaliyyət göstərən şirkət, müsəssisə və ya təşkilatlarda tətbiq etmək mümkündür. Dövlət orqanlarında,  holdinqlərdə, səhiyyə, təhsil, turizm və digər bir çox sahələridə bu sistemlərin tətbiqi idarəetməni asanlaşdıraraq inkişafa təminat verir.

Şirkətin idarəetmə strukturunda vahid standartlar, qaydalar və təlimatların olmaması  məlumatların pərakəndəliyinə səbəb olur. Bu da nəticədə idarəetmənin effektivliyini aşağı salır. ERP həllərlə şirkətin böyük və ya kiçik olmasından asılı olmayaraq əməkdaşlar arasında operativ şəkildə məlumat mübadiləsini, əməkdaşların yalnız onlara lazım olan informasiyaya girişini, rəhbərin hər bir bölməyə nəzarətini və şəffaf şəkildə idarəetməni həyata keçirmək mümkündür.

Bəs ERP sistemlərini necə seçməli?

ERP sistemlərinin tətbiqində yuxarıda qeyd edilən üstünlüklərlə yanaşı, həm də  sifarişçilərin spesifikasına, ölkə qanunlarına ən yaxşı uyğunlaşma və interfeys, lokal texniki dəstək və siyasi proseslərlə bağlı təhlükəsizlik kimi amilləri nəzərə almaq zəruridir. Lakin yerli şirkətlərdə xarici sistemlərin istifadə olunması bir çox problemlərə yol açır. Buna səbəb əslində ERP sistemlərin faydasız olması deyil, ölkədə fəaliyyət göstərən aidiyyatsız İT şirkətlərin təklif etdiyi proqramların biznesin bütün ehtiyaclarını qarşılamaması, inteqrasiya imkanlarının məhdud olması, xarici proqramları dilimizə tərcümə edib yerli məhsul kimi təqdim etmələrinə görə sahibkarların yanlış seçim etməsidir.  Ölkədə böyük holdinqlərin milli ERP sistemini tətbiq edən Prospect ERP şirkətidir. Şirkətin tətbiq etdiyi proqram təminatları biznesdə bütün problemləri və ölkə bazarında baş verən biznes prosesləri, qanunvericiliyi nəzərə almaqla hazırlanıb və texniki dəstək müqavilələrinə əsasən daim yenilənir. Hətta, xüsusi interfeys və imkanlar istifadəçilərin rahat istifadəsi üçün olduqca uyğundur. Məlumata görə şirkət bu günə qədər böyük şirkət və təşkilatlarla əməkdaşlıq etməsinə baxmayaraq artıq kiçik və orta sahibkarlar üçün də nəzərdə tutlmuş ERP sistemləri təqdim edir. Bu da artıq ölkəmizin İT bazarının kifayət qədər inkişaf etməsindən xəbər verir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260