BİZNES

Azercell və PAŞA Bankın dəstəyi ilə Barama İnnovasiya və Sahibkarlıq mərkəzi uşaqlar üçün təlim keçirəcək
13 İYUL
201

Azercell və PAŞA Bankın dəstəyi ilə Barama İnnovasiya və Sahibkarlıq mərkəzi uşaqlar üçün təlim keçirəcək

2018-07-13 13:10:00

Uşaqlarınızın kompüter və telefonlarlardan yalnız oyun məqsədilə istifadə etməsi sizi narahat edir? Uşaqlara mənfi təsir edən bu vərdişlərdən övladınızı yeni bir dünya ilə tanış etməklə xilas ola bilərsiniz. Kodlaşdırma dünyası uşaqlarınız üçün oynadıqları oyunlardan dəfələrlə maraqlıdır, çünki onlar kodlaşdırma vasitəsilə oyunları yaradacaqlar. Yəni, məhz oyunların arxasındakı dünya ilə tanış olacaqlar. Dərslər interaktiv tədris metodları əsasında keçiriləcək.

Kodlaşdırma övladlarınıza gələcək həyat və karyeraları üçün əvəzedilməz biliklər və bacarıqlar əldə etməyə imkan verəcək.

Azercell və PAŞA Bankın dəstəyi ilə Barama İnnovasiya və Sahibkarlıq mərkəzi tərəfindən təşkil olunan Barama Junior: Coding Kids IT Summer School-da övladınızı qeydiyyatdan keçirməklə onun gələcək karyera həyatının ilk addımlarını atmasına dəstək ola bilərsiniz. 

Proqram çərçivəsində dərslər hər biri 3 saat olmaqla həftədə 3 gün, toplam 4 həftə keçiriləcək. 36 dərs saatı ərzində iştirakçılar Python proqramalaşdırma dili, Raspberry Pi mikrokompüteri və internetdə veb-səhifələrin yaradılmasında istifadə olunan HTML hipermətn dili mövzularında dərslərdə iştirak edərək mövzuları tam mənimsəyəcəklər. 

Təlimçilər haqda məlumat:

Tural Əhmədov - Coding Club Kids şirkətində Python və mobil app instruktor, Bakı Mühəndislik Universitetindı İKT laboratoriyasında proqramçı olaraq çalışır.

Tural Sadıqov - Coding Club Kids şirkətində veb-dizayn instruktor, Bakı Mühəndislik Universitetində İKT laboratoriyasında idarə heyəti üzvü və araşdırmaçı və proqramçı olaraq fəaliyyət göstərir.

Proqramda iştirak tamamilə ödənişsizdir və iştirakçılar riyaziyyat və məntiq üzrə imtahan əsasında müəyyənləşəcək. Proqraamda iştirak üçün yaş limiti 9-15 yaş olaraq müəyyən edilmişdir. İştirak etmək üçün Tickets bölməsinə və ya Bit.ly/Barama linkinə daxil olaraq elektron formanı doldurmağınız tələb olunur. 

Formanı doldurarq müraciət etmək üçün son tarix: 20 İyul
İmtahan tarixi: 23 İyul
Proqramın müddəti: 30 İyul - 25 Avqust

İştirakçılara proqramın sonunda keçiriləcək mərasimdə müvafiq sertifikatlar təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258