BİZNES

Vüsal Qasımlı: Qeyri-neft ixracı ilk dörd ayda 20 faizə qədər artıb
05 İYUN
272

Vüsal Qasımlı: Qeyri-neft ixracı ilk dörd ayda 20 faizə qədər artıb

2018-06-05 14:10:00

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının “Aİ-Azərbaycan Biznes Forumu”nda açılış nitqi ilə çıxış edib

“Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı qeyri-neft özəl sektoruna üstünlük verilməklə davamlı inkişaf edir. Azərbaycanın əsas ticarət tərəfdaşlarının milli valyutalarında son aylardakı dalğalanmalar manatda təkrarlanmayıb, inflyasiya cilovlanaraq təkrəqəmli həddə endirilib, qeyri-neft ixracı ilk dörd ayda 20 faizə qədər və qeyri-neft ÜDM-i isə 3 faizə qədər artıb, həm fiskal, həm də tədiyyə balansında dayanıqlıq müşahidə edilir. Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda qeyri-neft sektorunda ÜDM-in 2018-ci ildə 4 faiz, 2019-cu ildə 3,2 faiz artacağını proqnozlaşdırır. İctimai-siyasi sabitlik və dayanıqlı iqtisadi inkişaf biznesin ən əsas gözləntisi – iqtisadiyyatın proqnozlaşdırılma səviyyəsini son bir ildə 2,3 dəfə artıb . 

Bu isə Prezident İlham Əliyevin iqtisadi siyasətinə yüksək etimadın göstəricisidir. Siyasi etimad, dayanıqlı inkişaf, biznes mühitin davamlı təkmillşədirilməsi, infrastrukturun yaxşılaşdırılması, dövlət dəstəyi və Azərbaycanın qitələrarsı nəqliyyat-logistika habına çevrilməsi xarici investisiya cəlbinin artırılması üçün əsas zəmindir. İnvestorlar üçün iqtisadiyyatın artım nöqtələrinin bəlli olması proqnozlaşdırılma imkanını daha da artırır. Postneft dövründə iqtisadi artım nöqtələri neft-kimya, alüminium, polad, ərzaq və müdafiə sənayesi, turizm, nəqliyyat-logistika, meyvə-tərəvəz, pambıq, üzüm və digər iqtisadiyyat sahələridir. Təsadüfi deyil ki, sorğu nəticələri göstərir ki, əksər Avropa iş adamları Azərbaycanda biznesini genişləndirmək və ya ən azından olduğu səviyyədə saxlamaqda israrlıdırlar. Avropa mənşəli sahibkarların Azərbaycan iqtisadiyyatının gələcəyinə inamı digər investorların da eyni ladda köklənməsinə zəmindir.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253